Gözəllik
Qalın qaşlı qızlar necə makiyaj etməlidir? - FOTOLAR
Qaşlarınız qalındırsa, şanslısınız. Çünki qalın qaşlar bu mövsüm də dəbdədir. Qalın qaşlar üzü maksimum dərəcədə vurğuladığı üçün makiyajda sadəliyə üstünlük verməlisiniz.
Publika.az-ın gözəllik bölməsi bu yazıda qalın qaşlara uyğun makiyajdan necə istifadə etməyin qaydalarını izah edib.
Gözlər
Unutmayın ki, təbii qaşlarla təbii makiyaj çox yaraşır. Məsələn, göz makiyajında həddi aşmaq olmaz. Qələmi qalın deyil, nazik çəkin. Çox az göz kölgəsi sürtdükdən sonra kirpiklərinizi burub bir neçə qat tuş çəkin.
Fikir vermisinizsə, qalın qaşları ilə tanınan modellər: Kara Delevin, Emili Ratajovski ən mühüm tədbirlərə belə, sadə makiyajla qatılırlar. Hətta əfsanəvi aktrisa Odri Hepbern də kosmetikadan çox az istifadə edirdi. O, hesab edirdi ki, qalın qaşları onun təbii bəzəyidir.
Dodaqlar
Qalın qaşlarla qırmızı dodaqlar bir-biri ilə inanılmaz harmoniya yaradır. Daha cəsarətli xanımlar bənövşəyi rəngi də sınaqdan keçirə bilər. Lakin unutmayın ki, açıq çalarlı pomada ilə yaşınızdan daha gənc görünəcəksiniz.
Dəri
Dərinin təravətli görünməsi üçün parıltılı tonal krem çəkin. Əgər qırmızı pomada çəkmisinizsə, bronzerdən istifadə etməməlisiniz. Ənlik də nəzərə çarpmayacaq dərəcədə olmalıdır.
Aytən
-
Rəsmi xronika13:04Penitensiar xidmətin rəisi vəzifəsindən azad edildi
-
Dünya12:38Onunla uşaq kimi davranırdı: Budanovla Trampın elçisi arasında nə baş verib?
-
Rəsmi xronika12:29Prezidentin sosial şəbəkə hesablarında forumla bağlı paylaşım - FOTO
-
Nida Xəbər 11:23Borcla bağlı tələb qiymətli kağızlara yönəldiləcək
-
Rəsmi xronika10:36İlham Əliyev açılış mərasimində iştirak etdi - VİDEO/YENİLƏNDİ
-
İdman09:52Dasayev inancı haqda: Müsəlmanam, həmişə qapıya Quran qoyurdum, İspaniyada oğurladılar
-
Avropa09:27II Albertin əmisi oğlu parkda ölü tapıldı
-
Nida Xəbər 09:15Deputatın oğlunun adı keçən kütləvi dava ilə bağlı 13 nəfər həbs edildi - RƏSMİ





















.jpg)















