Gözəllik
40 yaşından sonra belə makiyaj edin - FOTOLAR
40 yaşını keçən gözəl qadınlar makiyajda daha diqqətli olmalıdır.
Publika.az-ın gözəllik bölməsi bu yazıda yaşı 40-ı haqlayan qadınlar üçün makiyaj qaydalarını izah edib.
40 yaşdan sonra makiyajda əsas vəzifə gənc effekti almaqdır. Xırda qırışlar və qüsurları örtmək üçün üzü tonal krem vasitəsi ilə korreksiya etmək lazımdır. Lakin tonal kremin qalın görünməməsi üçün əvvəlcə yüngül nəmləndirici çəkərək onun dəriyə tam hopmasını gözləyin. Bundan sonra dəri tonu ilə məşğul olmağa başlayın. Onu da unutmayın ki, üzü tonal kremlə doldurmaq yaxşı fikir deyil. Yaxşı olardı ki, 40 yaşından sonra xanımlar BB və ya CC tərkibli tonal kremlərdən istifadə etsinlər.
Fırçadan istifadə etmək də düzgün deyil, kremi barmaqların köməyi ilə nazik təbəqə şəklində yaymaq daha asan olacaq. Gözlərin ətrafına yüngül parıltı effekti verən konsiler çəkin. Eyni zamanda, teksturasının ağır olmamasına diqqət edin. Konsilerin dodaqların üst hissəsinə çəkməyi unutmayın. Bu vasitə piqment ləkələri inanılmaz şəkildə örtür.
Göz makiyajı üçün təbii çalarlı göz kölgələrindən: qəhvəyi, şokolad, şampan və bürünc rənglərdən istifadə edin. Gözün künc hissəsini isə açıq rəngli göz kölgələrinin köməyi vurğulayın. Göz kölgələrinin krem halında, həm də zərsiz olmasına mütləq fikir verin, çünki onlar dəridə daha təbii görünürlər. Zərli göz kölgələri isə qırışları daha nəzərəçarpan edir.
Makiyaj ustaları hesab edir ki, yaşı 40-ı haqlayan qadınlar qara göz qələmini qəhvəyi ilə əvəz etsin. Lakin göz qapaqlarını qəhvəyi göz kölgələri ilə vurğulamaq ən yaxşı variantdır.
Üzü vizual olaraq uzun göstərmək üçün almacıq sümüklərinə, alına, burun pərdələrinə yüngül hərəkətlə bronzer çəkin. 40 yaşından yuxarı qadınlar üçün ən ideal ənlik çəhrayı tonlarıdır. Yeri gəlmişkən, krem və gel teksturasında olan ənlik istifadə edin. Üzə təravət və gözəllik vermək üçün “Haylayter”-i yaddan çıxarmayın.
Heç kimə sirr deyil ki, yaşlandıqca qaşlar tökülür və seyrəlir. Bu qüsuru örtmək üçün qaşları qələmlə vurğulayın.
Dodaq makiyajında təbii çalarlardan istifadə etməyə çalışın: qəhvəyi, çəhrayı, şaftalı. Yasəmən və digər qışqıran rənglərdən uzaq durun. Dodaq parıltısı isə ən ideal seçimdir.
Aytən
-
Sosial18:24"Sovetski"də ev qanunsuz sökülüb? - Rəsmi AÇIQLAMA
-
İqtisadi gündəm18:12Dövlət Agentliyi yerli ərzaqlıq buğda ilə bağlı MƏLUMAT YAYDI
-
Region17:45İcbari tibbi sığortanın tətbiqindən sonra Ermənistanda həkimlər bu qədər maaş alır
-
Elm və təhsil16:49İyunun 21-də keçirilən imtahanın nəticələri açıqlandı
-
Rəsmi xronika16:23Prezident fərman imzaladı
-
Nida Xəbər 15:10Əli Əsədov qərar imzaladı
-
Dünya14:47İran nəşrindən Trampla bağlı qalmaqallı mesaj: Qisas qaçılmazdır - FOTO
-
Sosial14:09Bu şəxslərə 3 il müddətində hər ay müavinət ödəniləcək


























.jpg)

.jpg)









