Gözəllik
Arıqlamaq istəyənlər oxusun!
Arıqlamaq istəsəniz də, iştahanız sizə mane olur? Daim özünüzü ac hiss edir və normadan artıq yeyirsiniz?
Elə isə Publika.az-ın məsləhətlərinə əməl edin. Sizin üçün iştahanı kəsən üsulları araşdırmışıq.
Saqqız çeynəyin!
Özünüzü ac hiss edəndə tərkibində şəkər olmayan saqqız çeynəyin. Beləcə, süfrə arxasına oturanda gözünüz tox olacaq.
Salat yeyin!
Evdə və ya restoranda olmağınızdan asılı olmayaraq, yeməyə salatla başlayın. Salat daha tez doymağınızı təmin edəcək. Salatdan sonra şorba içə, ət yeməyi yeyə bilərsiniz.
Mətbəx verilişləri izləməyin!
Televiziyada mətbəx verilişlərini izləyirsinizsə, istər-istəməz, gün ərzində yemək haqqında daha çox düşünəcəksiniz. Belə verilişlər özünüzü daim ac hiss etməyinizə səbəb ola bilər. Odur ki, film və ya serial izləməyə, kitab oxumağa üstünlük verin.
Xörəyi mavi rəngli boşqabda yeyin!
Qırmızı, narıncı rəngli boşqablar iştahanı açır. Mavi boşqab isə əksinə iştahanı kəsir. Odur ki, süfrəni mavi rəngli qab-qacaqla bəzəyin.
Kiçik qablar
Xörəyi kiçik boşqab və kasada yeyin. Araşdırmalar göstərib ki, böyük boşqab seçənlərin 45 faizi normadan artıq yeməyə meyl edir.
1 stəkan su
Özünüzü çox ac hiss edəndə dərhal süfrə arxasına keçməyin. Əvvəlcə 1 stəkan ilıq su için. Yeməyi 5-10 dəqiqə sonra yeyin. İştahanızın azaldığını müşahidə edəcəksiniz.
Cips, çərəz və şirniyyatları gizləyin!
İngiltərədə aparılan araşdırma göstərib ki, şokolad və ya cipsini masanın üzərinə qoyan ofis işçilərinin 48 faizi gün ərzində daha çox yeyir.
Kiçik porsiya
Xörəyi böyük porsiyada almısınızsa, doysanız belə, fərqində olmadan onu yeyəcəksiniz. Partladılmış qarğıdalı və cips kimi qidaları qəbul edərkən kiçik porsiyada olmalarına diqqət edin.
Ləman Sultan
-
Rəsmi xronika13:04Penitensiar xidmətin rəisi vəzifəsindən azad edildi
-
Dünya12:38Onunla uşaq kimi davranırdı: Budanovla Trampın elçisi arasında nə baş verib?
-
Rəsmi xronika12:29Prezidentin sosial şəbəkə hesablarında forumla bağlı paylaşım - FOTO
-
Nida Xəbər 11:23Borcla bağlı tələb qiymətli kağızlara yönəldiləcək
-
Rəsmi xronika10:36İlham Əliyev açılış mərasimində iştirak etdi - VİDEO/YENİLƏNDİ
-
İdman09:52Dasayev inancı haqda: Müsəlmanam, həmişə qapıya Quran qoyurdum, İspaniyada oğurladılar
-
Avropa09:27II Albertin əmisi oğlu parkda ölü tapıldı
-
Nida Xəbər 09:15Deputatın oğlunun adı keçən kütləvi dava ilə bağlı 13 nəfər həbs edildi - RƏSMİ





















.jpg)















