Gözəllik
3D makiyajı nədir? - FOTOLAR
Son vaxtlar xanımlar 3D makiyajına maraq göstərməyə başlayıb.
Publika.az-ın gözəllik bölməsi bu yazıda 3D makiyajının nə olduğuna aydınlıq gətirib.
3D makiyajı üz cizgilərini daha təsirli və cəlbedici göstərir. Narahat olmayın, bunun üçün üzünüzə rəngli göz kölgələri və dodaq boyaları çəkməyə ehtiyac yoxdur.
Bu makiyajda strobinq texnikasından istifadə edilir.
Amma 3 D makiyajı yalnız bir texnikayla məhdudlaşmır. Bütün cizgiləri vurğulamaq üçün kosmetika çantanızdakı bütün məhsullardan istifadə etmək lazım olacaq.
Tünd rəngli kirşan: Ənlik və ya tünd rəngli kirşanı (dəri rəngindən 2 ton tünd olmalıdır) alına - saçın dib hissəsinə çəkin. Daha sonra almacıq sümüklərini tünd kirşanla vurğulayın. Əgər burnunuzu kifayət qədər böyük hesab edirsinizsə, o zaman kirşanı burun pərdələrinə də çəkin.
Göz ətrafının parıldaması üçün haylayter çəkin. Onu, həmçinin, alnın və çənənin ortalarına, burun sümüyünün yuxarı hissəsinə çəkin.
3 D makiyaj texnikasında dodaqları tünd dodaq boyalarının köməyilə vizual olaraq böyük göstərmək olar. Bunun üçün sizə iki çalarlı boya, həmçinin dodaq qələmi lazım olacaq. Dodaqları əvvəlcə kontur qələm vasitəsilə haşiyəyə alın. Daha sonra onun içini tünd rənglə boyayın. Dodaqların mərkəzinə isə açıq rəngli dodaq boyası çəkin.
3 D makiyajı klassik göz makiyajından, demək olar ki, fərqlənmir. Burada əsas diqqət kirpiklərə verilir. Ona görə də, kirpiklərə həcmləndirən tuş seçin. Əgər axşam dəvətə gedirsinizsə, taxma kirpik də qoya bilərsiniz.
3 D makiyajında düz xətt şəklində çəkilmiş qaşlar darıxdırıcı hesab olunur. Onlar mümkün qədər həcmli və qalın olmalıdır. Daha dəqiq desək, təbii görünməlidir. Daha sonra qaşların altına da açıq rəngli göz kölgəsi çəkin.
Strobinq texnikası barədə geniş yazı ilə buradan tanış ola bilərsiniz:
http://http://publika.az/p/104719
Aytən
-
Nəqliyyat00:30Bakıda kanatla sərnişindaşıma olacaq - VİDEO
-
Qoroskop00:00Günün ULDUZ FALI - Oğrulardan ehtiyatlı olun
-
İdman3 Oktyabr 21:36İspaniya mətbuatından Arda Güler şərhi: “Daimi kabus yaşayır”
-
Magazin23 Oktyabr 20:36Hülya Avşar makiyajsız halı ilə diqqət çəkdi - (Foto)
-
Magazin23 Oktyabr 19:00Məşhur aktyorun 13 yaşlı qızı niyə ölüb?
-
İdman3 Oktyabr 18:25Baş məşqçidən Ronaldoya sülh təklifi - Neytral ərazidə...
-
Ekologiya3 Oktyabr 17:13Bu ərazilərə qar yağır - Faktiki hava
-
İdman3 Oktyabr 16:21“Fənərbağça”nın baş məşqçisi: "Qarabağ” komandasını izləyirəm



















.jpg)














.jpg)
