Gözəllik
Düz saçlarla dumanlı göz makiyajı – FOTOLAR
Mövsümün gözəllik cərəyanlarından biri də düz, hamar saçlardır.
Publika.az-ın dəb bölməsi xəbər verir ki, uzun düz saçlar illərdir ki, bir çox kolleksiyaların nümayişində istifadə olunur. Məsələn, “Blumarine”, “Monique Lhuillier”, “Emilio Pucci”, “Dior”, “Tommy Hilfiger”, “Nina Ricci”-nin kolleksiyalarının nümayişində podiumda daha uzun və düz saçlar nəzərə çarpıb.
Belə görünür ki, bu klassik saç düzümü qışda daha da aktuallaşacaq. Saç ustaları saçın elektriklənməməsi üçün müxtəlif spreylərdən və saç lakından istifadə etməyi məsləhət görürlər. Onların sözlərinə görə, saçların təbii və sağlam görünməsi üçün fırça ilə bir neçə dəfə daramaq vacibdir. Əgər saçların nazikliyi onların düz və gözəl görünməsinə imkan vermirsə, ucları bir qədər dalğalı qala bilər.
Uzun düz və hamar saçların fonunda dumanlı göz makiyajı xanıma sirli cazibə bəxş edir.
Aytən
-
Dünya12:38Onunla uşaq kimi davranırdı: Budanovla Trampın elçisi arasında nə baş verib?
-
Rəsmi xronika12:29Prezidentin sosial şəbəkə hesablarında forumla bağlı paylaşım - FOTO
-
Nida Xəbər 11:23Borcla bağlı tələb qiymətli kağızlara yönəldiləcək
-
Rəsmi xronika10:36İlham Əliyev açılış mərasimində iştirak etdi - VİDEO/YENİLƏNDİ
-
İdman09:52Dasayev inancı haqda: Müsəlmanam, həmişə qapıya Quran qoyurdum, İspaniyada oğurladılar
-
Avropa09:27II Albertin əmisi oğlu parkda ölü tapıldı
-
Nida Xəbər 09:15Deputatın oğlunun adı keçən kütləvi dava ilə bağlı 13 nəfər həbs edildi - RƏSMİ
-
ABŞ08:12ABŞ İran yaxınlığında hərbi fəallığını artırdı - Son bir həftədə nələr dəyişdi?















.jpg)







.jpg)














