Gözəllik
Gözəlləşmək üçün bu yağdan faydalanın!
Hər gün qadınları gözəlləşdirən yeni bir vasitə dəbə minir. Son vaxtlar adını tez-tez eşitdiyimiz yosun yağı da bu qəbildəndir. Su yosunundan əldə edilən bu yağın minerallar və vitaminlərlə zəngin olduğu deyilir.
Publika.az yosun yağının dəriyə təsirlərini və ondan istifadə qaydalarını araşdırıb:
Yosun yağının faydaları:
Dərini çirkdən, yağdan təmizləyir, ona parlaqlıq verir, toksinlərin atılmasını təmin edir. Dərini yumşaldır və qidalandırır.
Yosun yağı tərkibindəki minerallar sayəsində dərini möhkəmləndirir, onu ətraf mühitin mənfi təsirindən qoruyur. Gözaltı qaraltılarına yaxşı təsir edir. Yağın tərkibindəki A və E vitaminləri saç dərisini qidalandırır, saçların tökülməsinin qarşısını alır.
Yosun yağı dəridəki çatların və ləkələrin azalmasına kömək edir. Sellüliti azaldır, omba, ayaqlar, qol, qarın kimi nahiyələrdə yağlanmaya qarşı təsirlidir.
Yosun yağından necə istifadə etməli?
Dərinizin problemli nahiyələrinə yosun yağı çəkib masaj edə bilərsiniz. Gözaltına çəkəcəksinizsə, 3 damcıdan artıq istifadə etməyin. Yağı çəkdikdən 1-2 saat sonra üzünüzü yuyun.
Yosun yağından sellülitlərə qarşı istifadə etmək istəyirsinizsə, onu digər yağlarla qarışdırmalısınız.
10 ml yosun yağı
10 damcı limon yağı
10 damcı portağal yağı
25 ml avokado yağı
40 ml küncüt yağı
40 ml zeytun yağı
Bu yağların hamısını qarışdırıb tünd rəngli şüşəyə doldurun. Sellülitli nahiyələri hər gün bu yağla masaj edib 2 saat gözləyin. Daha sonra soyuq su ilə təmizləyin.
Ləman Sultan
-
Rəsmi xronika12:29Prezidentin sosial şəbəkə hesablarında forumla bağlı paylaşım - FOTO
-
Nida Xəbər 11:23Borcla bağlı tələb qiymətli kağızlara yönəldiləcək
-
Rəsmi xronika10:36İlham Əliyev açılış mərasimində iştirak etdi - VİDEO/YENİLƏNDİ
-
İdman09:52Dasayev inancı haqda: Müsəlmanam, həmişə qapıya Quran qoyurdum, İspaniyada oğurladılar
-
Avropa09:27II Albertin əmisi oğlu parkda ölü tapıldı
-
Nida Xəbər 09:15Deputatın oğlunun adı keçən kütləvi dava ilə bağlı 13 nəfər həbs edildi - RƏSMİ
-
ABŞ08:12ABŞ İran yaxınlığında hərbi fəallığını artırdı - Son bir həftədə nələr dəyişdi?
-
İdman07:55“Qızıl top”un qalibləri kimlər oldu? - Siyahı|Yeniləndi















.jpg)








.jpg)














