Gözəllik
Qış detoksu ilə orqanizminizi cavanlaşdırın
Müasir elmdə sərbəst radikallar adlandırılan zəhərli maddələr, həddən artıq şəkər, yağ, zülal və duz istehlakı, qidaların tərkibindəki kimyəvi maddələr, antibiotiklər, istifadə etdiyimiz dərmanlar, su və havanın çirklənməsi, siqaret dumanı kimi amillər orqanizmdə toplanır.
Detoks isə orqanizminizdə toplanmış zəhərli maddələri xaric edir. Düzgün qidalanma ilə həm yorğunluğun qarşısını ala, həm də arıqlaya bilərsiniz. Bunun ən yaxşı yolu qış detoksudur. Detoksun əsas məqsədi bədəni toksinlərdən təmizlənmək, qocalığı gecikdirmək, bədən suyunun turşulanmasının qarşısını almaqdır.
Publika.az orqanizmi cavanlaşdıran qış detoksunu təqdim edir:
Detoksdan əvvəl qidalanma
Daha yaxşı nəticə almaq üçün detoks öncəsi qırmızı ət və süd məhsulları, şəkər, spirt, kofein, işlənmiş qidalar, ağ çörək, düyü və nikotini azaltmaq vacibdir. Buxarda bişirilmiş yemək və ya çiy tərəvəz, təzə meyvə, həmçinin tərəvəz şorbası və göyərtiyə üstünlük verin. Qəhvə, qara çay, kola, qazlı içkilər və spirtdən uzaq durun. Qara çayı su və yaşıl çayla əvəzləyin.
Ət, toyuq, yumurta, süd və süd məhsullarını məhdudlaşdırın. Balıq yeyə bilərsiniz. Karbohidrat və yağ nisbəti yüksək olan qidalar yeməyin. Bol çiy tərəvəz və meyvə istehlak edin.
Saat 20:00-dan sonra yemək olmaz.
Detoks zamanı qidalanma
Detoks zamanı çiy tərəvəz suyu və təzə meyvə istehlakı həyata keçirilir.
İspanaq, pazı, tərə, cəfəri, pərpərən, reyhan və s. mövsüm tərəvəzlərini şirə çəkən maşından keçirərək içinə bir az limon suyu sıxın.
İşlənmiş yeməklərdən və hazır qidalardan uzaq durmalısınız. Bol-bol qələvili su istehlak etməlisiniz. Suyunuza limon əlavə edərək qələvili hala gətirə bilərsiniz. Aclıq hiss etdikdə gün boyu mövsümə uyğun tərəvəz və göyərti yeyin.
Yemək istəyini qoz, fındıq, badam kimi çərəzlərlə öldürməyə çalışın. Detoks proqramının təsirli olması üçün ən azı 3 gündən bir orqanizmə istirahət verməlisiniz.
Detoksdan sonra qidalanma
Detoksdan sonra normal qidalanma rejiminə qayıtdıqda birdən-birə ağır yeməklərə üstünlük verməyin. Asan həzm edilən qidalardan başlayıb yavaş-yavaş digər qidalara keçid edin.
3 günlük detoks menyusu
Səhər yeməyi: Mövsüm meyvələri salatı
Saat 11:00-dan 13:00 arası:10-15 ədəd çiy badam və ya fındıq, 1-2 fincan yaşıl çay
Günorta yeməyi: Mövsüm salatı
Soya, kahı, qulançar və kələmdən hazırlanmış salat. Sous üçün: ½ xörək qaşığı zeytun yağı, ½ limon suyu, sarımsaq və pul bibər istifadə edilə bilər.
Saat 15:00 ilə 17:00 arası: 1 ədəd yaşıl alma, 1-2 fincan yaşıl çay
Axşam: Tərəvəz şorbası
1-2 ədəd qırmızı bibər, 1 ədəd yerkökü, 1-2 brokkoli, 3-5 ədəd yaşıl soğanı az suda qaynadın. İçinə ədviyyatlar əlavə edib blenderlə qarışdırın. İsti və ya soyuq halda içilə bilər.
Bu menyuda gün ərzində: 1 limonun suyu, 1 ovuc cəfəri, 1 ovuc şüyüd blenderdən keçirib istehlak edə bilərsiniz.
3-ci gündən sonra paxlalılar fəsiləsindən olan xörəklərə (noxud, lobya, mərci və s.) üstünlük verin. Tam buğda unu, çovdar və yulaf ununa da daha çox üstünlük verin. Ağ undan hazırlanmış çörək və digər qidaları yeməyin.
5-ci gündən sonra heyvan mənşəli qidaları istehlak etməyə başlayın. Balıqla başlanğıc edərək digər ət məhsullarına, həmçinin, süd və məhsullarına keçin. Daha sonra normal qidalanmaya qayıda bilərsiniz.
Aytən
-
Region17:45İcbari tibbi sığortanın tətbiqindən sonra Ermənistanda həkimlər bu qədər maaş alır
-
Elm və təhsil16:49İyunun 21-də keçirilən imtahanın nəticələri açıqlandı
-
Rəsmi xronika16:23Prezident fərman imzaladı
-
Nida Xəbər 15:10Əli Əsədov qərar imzaladı
-
Dünya14:47İran nəşrindən Trampla bağlı qalmaqallı mesaj: Qisas qaçılmazdır - FOTO
-
Sosial14:09Bu şəxslərə 3 il müddətində hər ay müavinət ödəniləcək
-
Sosial12:36Azərbaycanda yenilik: Sosial şəbəkələrdə hesab açmaq üçün... - RƏSMİ
-
Nida Xəbər 12:06Azərbaycan və Ermənistan vətəndaşları məsuliyyət daşımayacaqlar - Bu məxfi məlumatı versələr


























.jpg)

.jpg)









