Gözəllik
Koreyalı xanımlardan dodaq dəbi - FOTOLAR
İndiki vaxtda gözəllik anlayışı gün keçdikcə dəyişir. Hər gün yeni gözəllik trendləri yaranır. Bunlardan ən məşhuru ombre dodaqlardır. Ombre dodaqlar gələn ilin ən populyar makiyaj trendlərindən biri olmağa iddialıdır.
Publika.az xəbər verir ki, ombre makiyajını dəbə koreyalı qızlar gətirib. Bu effekt avropalı qızlarla yanaşı, vizajistlərin də xoşuna gəlib. Ona görə də, bu makiyaj texnikasını tətbiq etmək qərarına gəliblər. Dizaynerlərin payız-qış kolleksiyalarının nümayişində də ombre makiyaj texnikası nəzərə çarpıb. Əlbəttə, bu texnika ofis və gündəlik makiyaj üçün yaramasa da, bayram axşamları və ya romantik görüşlər üçün əvəzsizdir.
Bəs qadınlara xüsusi cazibədarlıq bəxş edən ombre dodaq makiyajını necə etmək lazımdır?
Əvvəlcə, şəkər tozu və balı qarışdıraraq dodaqlarınıza pilinq edin. Bu, dodağı ölü hüceyrələrdən təmizləyərək dodaq boyasının daha yaxşı qalmasına kömək edəcək. Dodaqları nəmləndirmək üçün rəngsiz dodaq kremi çəkin.
Hansı rəng dodaq boyası çəkəcəyinizə qərar verin və həmin rəngdən iki ton tünd olan qələmlə dodaqları haşiyəyə alın. Məsələn, əgər dodaq boyanız çəhrayı rəngdədirsə, dodaq qələmi tünd çəhrayı olmalıdır. Yaxud qırmızı rəng dodaq boyası seçmisinizsə, onda zoğalı rəngli dodaq qələmindən istifadə etməlisiniz. Daha sonra dodaq boyası ilə dodağınızı, iç tərəfləri istisna olmaqla, boyayın. Sonra daha açıq rəngli boyanı dodaqlarınızın iç tərəfinə çəkin. Dodaqlarınızı sıxın və yarım saniyə bu vəziyyətdə qalın. Dodaqlarda parıltını sevirsinizsə, sonda rəngsiz parıldadıcı da çəkə bilərsiniz. Artıq mükəmməl dodaqlara sahibsiniz. Dodaqlarınızı bu şəkildə boyayanda göz makiyajının sadə olmasına diqqət edin.
Aytən
-
Region17:45İcbari tibbi sığortanın tətbiqindən sonra Ermənistanda həkimlər bu qədər maaş alır
-
Elm və təhsil16:49İyunun 21-də keçirilən imtahanın nəticələri açıqlandı
-
Rəsmi xronika16:23Prezident fərman imzaladı
-
Nida Xəbər 15:10Əli Əsədov qərar imzaladı
-
Dünya14:47İran nəşrindən Trampla bağlı qalmaqallı mesaj: Qisas qaçılmazdır - FOTO
-
Sosial14:09Bu şəxslərə 3 il müddətində hər ay müavinət ödəniləcək
-
Sosial12:36Azərbaycanda yenilik: Sosial şəbəkələrdə hesab açmaq üçün... - RƏSMİ
-
Nida Xəbər 12:06Azərbaycan və Ermənistan vətəndaşları məsuliyyət daşımayacaqlar - Bu məxfi məlumatı versələr


























.jpg)

.jpg)









