Gözəllik
Yenə sürmə çəkmisən evlər yıxan gözünə... – FOTOLAR
Gözləri vurğulayan oxlar həmişə dəbdədir və istənilən xanıma çox yaraşır. Amma gözəllik ustaları bayram axşamı daha maraqlı bir şey etmək istəyən xanımlar üçün rəngli göz qələmləri, sürmə və laynerlər təklif edir. Parıltını sevən xanımlar isə zərli laynerlər seçə bilər.
Publika.az-ın gözəllik bölməsi bu yazıda bayram üçün 5 makiyaj variantını seçib.
Tünd-yaşıl və ya zümrüd rəngli layner baxışlarınızı son dərəcə təsirli edəcək. Bu variant xüsusilə yaşıl və boz gözlərə sahib olanlara daha gözəl yaraşacaq.
Yeni il mərasimi bu makiyajı sınaqdan keçirmək üçün əla bəhanədir. Bənövşəyi layner də gözlərdə orijinal və eyni zamanda zərif görünür. Bu rəngli laynerin fonunda açıq-çəhrayı göz kölgələri təkrarolunmaz ahəng yaradır. Nəticədə, bənövşəyi ilə çəhrayı rəng birləşərək gözlərdə daha dərin və dolğun görünəcək.
Qızılı və ya gümüşü layneri Yeni il gecəsində çəkməyib, başqa nə vaxt çəkəcəksiniz? Bu makiyajı etmək çox sadədir. Bunun üçün qara göz qələmini və ya layneri hər zaman olduğu kimi çəkin. Qara layner quruduqdan sonra oxların sonuna zərli layner əlavə edin. Beləliklə, qlam-rok üslubunda obrazınız hazırdır.
Mavi və ya çəhrayı laynerlər isə ən cəsarətli xanımların ürəyincə olacaq. Əgər çəhrayı layneri nazik şəkildə çəksəniz, onlar qrafik təsir bağışlayacaq. Nəzərə almaq lazımdır ki, bu cür makiyaj daha çox qarasaçlı alagöz xanımlar üçün uyğundur. Qonurgözlü xanımlara isə göy və mavi rəngli layner tövsiyə olunur.
Aytən
-
Magazin206:16"Eşref Rüya"da növbəti ayrılıq - FOTO
-
Magazin203:4353 yaşında gənc qızlara meydan oxuyur - FOTO
-
Region02:12Zelenski Qafqaz ölkələrinə HHM sahəsində əməkdaşlıq təklif etdi
-
Qoroskop00:15Günün ULDUZ FALI - Ağıllı addımlar sizə uğur gətirəcək.
-
Magazin123 Aprel 23:12Xalq artisti qızı ilə bağlı sosial şəbəkədə nə yazıb?
-
Magazin123 Aprel 20:36"Yaxşı ki, övladım 2-ci evliliyimdən oldu"
-
İKT23 Aprel 19:12İTV-yə yeni baş direktor axtarılır
-
Hadisə23 Aprel 18:24Yol polisi xəsarət alan piyadanı xilas etdi



















.jpg)


















