Gözəllik
Sızanaq ləkələrini yox edən təbii üsullar
Sızanaq ləkələri bəzən aylarla, hətta illərlə getmir.
Dərinizi gözəlləşdirmək və qüsurları aradan qaldırmaq üçün Publika.az-ın təqdim etdiyi təbii üsulları sınayın.
Alma sirkəsi
Alma sirkəsi dəri üçün lazımlı olan bütün vitaminləri (A, C, E, P, B2) ehtiva edir. Bu səbəbdən, dərinin özünü bərpa etməsi üçün gün ərzində ən azı iki dəfə alma sirkəsi ilə üzü təmizləmək lazımdır. Bunun üçün 1 xörək qaşığı alma sirkəsi ilə 1 xörək qaşığı suyu qarışdırın. Daha sonra pambığın köməkliyilə bu qarışığı üzə çəkin. Yarım saat keçdikdən sonra üzünüzü yuyun və dəri tipinizə uyğun krem çəkin.
Bal
Bal dərini nəmləndirir, ləkələri yox edir. Balın təbii və keyfiyyətli olması mühümdür. Bir ay müddətində balı üz və boyun bölgəsinə çəkib, 20 dəqiqə saxlamaq, daha sonra ilıq su ilə təmizləmək kifayət edəcək.
Qoz yarpağı
Bir ovuc qoz yarpağını 1 stəkan suda qaynadıb, daha sonra 2-3 dəqiqə dəmləyin. Çayı süzün. Pambıq vasitəsilə bu çayı üz və boyun dərisinə çəkin. Yarım saat saxladıqdan sonra dərini soyuq su ilə təmizləyin.
Cəfəri
Bir litr suyu qaynadın. Bir dəstə cəfərini bu suya töküb dəmləyin. Cəfərini əzib üzünüzə çəkin. İyirmi dəqiqə gözlədikdən sonra üzünüzü qaynatdığınız su ilə yuyun.
Kahı
Kahı da dəri üçün faydalıdır. İyirmi beş qram kahını 3 stəkan suda qaynadın. Suyunu süzün. Səhər və axşam olmaqla, gündə iki dəfə bu su ilə üz dərinizi silin.
Ləman Sultan
-
Nida Xəbər 11:23Borcla bağlı tələb qiymətli kağızlara yönəldiləcək
-
Rəsmi xronika10:36İlham Əliyev açılış mərasimində iştirak etdi - VİDEO/YENİLƏNDİ
-
İdman09:52Dasayev inancı haqda: Müsəlmanam, həmişə qapıya Quran qoyurdum, İspaniyada oğurladılar
-
Avropa09:27II Albertin əmisi oğlu parkda ölü tapıldı
-
Nida Xəbər 09:15Deputatın oğlunun adı keçən kütləvi dava ilə bağlı 13 nəfər həbs edildi - RƏSMİ
-
ABŞ08:12ABŞ İran yaxınlığında hərbi fəallığını artırdı - Son bir həftədə nələr dəyişdi?
-
İdman07:55“Qızıl top”un qalibləri kimlər oldu? - Siyahı|Yeniləndi
-
Ekopublika.az05:45Bakının bu ərazilərində ucuz mənzillər satılır - Video



























.jpg)











