Gözəllik
Tibet yoqası ilə gözəlləşin
Gözlər qəlbin aynasıdır. Onlar sizin nə qədər yuxusuz gecələr keçirdiyiniz, kompüter arxasında nə qədər oturduğunuz barədə aydın məlumat verir. Göz ətrafı dəriyə baxmaqla insanın nə qədər alkoqol qəbul etdiyini də müəyyənləşdirmək olar. Təəssüf ki, kosmetika göz ətrafında yaranmış qara halqaları, gözaltı torbaları həmişə gizlətmir.
Publika.az xəbər verir ki, kosmetikanın da aciz olduğu vaxtlarda dadınıza tibet yoqası çatacaq.
Gözlərin altında qara dairələrin və torbaların yaranması bir neçə amillərdən asılıdır: doyunca yatmamaq, vitamin çatışmazlığı, uzun müddət kompyuterdə işləmək, alkoqol, siqaret, daxili orqanların (qalxanabənzər vəzinin funksiyasının pozulması, ürək və böyrəkdə nasazlıq) xəstəlikləri və.s.
Hərəkətlərin yerinə yetirilməsi
1. Dərindən nəfəs alın.
2. Nəfəs alanda bütün diqqətinizi gözlərə cəmləyin və isti su enerjisini gözlərdə hiss edin.
3. Nəfəsi bir qədər gec buraxın və bu zaman 3 barmağı (şəhadət, orta və adsız) şəkildəki kimi işarələnmiş yerə 10 dəfə basın.
4. Nəfəsinizi buraxdığınız zaman gözlərdən sanki yorğunluğun çıxdığını hiss edəcəksiniz, göz altındakı şişlər isə hamarlaşacaq.
5. Bu yoqanı səhər və axşam olmaqla gündə 5 dəfə təkrar edin. Effekti dərhal nəzərə çarpacaq.
Unutmayın ki, sizin gözəlliyiniz həyat tərzindən birbaşa asılıdır! Sağlam həyat tərzinə əməl etmədiyiniz müddətdə heç bir bahalı krem sizə kömək etməyəcək. Xoşbəxt və gözəl olmaq istəyirsinizsə, doyunca yatın, kompüter qarşısında uzun müddət oturmayın, ən əsası, spirtli və qazlı içkilərdən uzaq durun.
Qeyd: Göz ətrafında yaranmış dəri problemlərinə vaxtında diqqət yetirmək vacibdir. Çünki onlar daxili orqanların xəstəliklərinin ilk simptomları ola bilər.
Aytən
-
Qoroskop00:00Günün ULDUZ FALI - Oğrulardan ehtiyatlı olun
-
İdman3 Oktyabr 21:36İspaniya mətbuatından Arda Güler şərhi: “Daimi kabus yaşayır”
-
Magazin23 Oktyabr 20:36Hülya Avşar makiyajsız halı ilə diqqət çəkdi - (Foto)
-
Magazin23 Oktyabr 19:00Məşhur aktyorun 13 yaşlı qızı niyə ölüb?
-
İdman3 Oktyabr 18:25Baş məşqçidən Ronaldoya sülh təklifi - Neytral ərazidə...
-
Ekologiya3 Oktyabr 17:13Bu ərazilərə qar yağır - Faktiki hava
-
İdman3 Oktyabr 16:21“Fənərbağça”nın baş məşqçisi: "Qarabağ” komandasını izləyirəm
-
Hadisə3 Oktyabr 16:12DİN əməliyyatlar keçirdi, saxlanılanlar arasında İran vətəndaşı da var

















.jpg)


















.jpg)