Gözəllik
Yeni ilə qədər arıqlamaq istəyənlər üçün pəhriz
"6 ləçək” cizgi filminin qəhrəmanı arzusunu reallaşdırmaq istədikdə sehrli çiçəyin bir ləçəyini qopardıb “Uç, uç, ay ləçək” deyirdi. Həmin sovet cizgi filmi ilə eyniadlı pəhriz də sizin arzularınızı həyata keçir bilər.
Publika.az xəbər verir ki, 6 gün ərzində pəhriz qaydalarına ciddi şəkildə əməl etməklə 3 kq-dan 6-kq-a qədər arıqlamaq olar.
Bu pəhriz reseptini isveçli həkim-diyetoloq Anna Yuhanssonun icad etdiyi deyilir. Pəhriz zülal və karbohidratlar üzərində qurulub. Bu sistem yalnız dərialtı piyləri əritməyə kömək edir.
Pəhrizin əsas prinsipi hər günün özünün konkret məhsullarının olmasındadır. Bu kağızdan 6 ləçəkli gül düzəldərək soyuducudan asın. Günün sonunda saat əqrəbi istiqamətində bir ləçəyi qopardaraq özünüzü motivasiya edə bilərsiniz. Arzu etdiyiniz çəkiyə qayıtmaq istəyirsinizsə, qanun-qaydanı pozmaq olmaz.
Günlərin ardıcıllığı belədir: balıq, tərəvəz, toyuq, taxıl, kəsmik, meyvə günü. Belə qidalanma sistemində zülallarla karbohidratlar qatışmır və beləcə, metabolizmin sürətləndirilməsinə imkan yaradır, həm də yığılmış piyləri parçalayır.
Məhsulların miqdarına dair tövsiyələr: balıq, toyuq və kəsmik gündə 500 qrama qədər; Gündə 1,5 kq meyvə və tərəvəz; 200 qram taxıl məhsulları. Qəhvə isə gündə yalnız 1 dəfə. Pəhriz ərzində duz, şəkərin miqdarını ciddi miqdarda azaldın.
Kifayət qədər, yaşıl çay və su için, kəsmik günündə 300 ml kefir içməyə icazə verilir. Tərəvəz günündə salatlarda bir xörək qaşığı bitki yağı istifadə edə bilərsiniz.
Balıq
Omeqa-3 yağ turşuları ilə zəngin balıq, xüsusi pəhriz xüsusiyyətinə malikdir. Məsələn, o, toxluq hissi verərək orqanizmi enerji ilə təmin edir. Balığı qızartmaq olmaz. Ən yaxşısı, onu sobada və ya buxarda bişirin.
Tərəvəz
Tərəvəzlər bağırsaqların işini yaxşılaşdırır. Onların həzm olunması üçün orqanizm çoxlu səy tələb edir. Bu da sözsüz ki, bədən quruluşunda əks olunur. Daha çox xeyir almaq üçün tərəvəzləri çiy şəkildə yeyin. Pəhriz ərzində kartof barədə unudun!
Toyuq
Toyuğun tərkibi zülal, bol fosfor, kalium, maqnezium, dəmir, B qrupu vitaminləri maddələrlə zəngindir. Toyuğu suda qaynadılmış halda yeyin.
Taxıllar
Taxıl günü üçün taxıl məhsullarını axşamdan suda isladın, səhəri gün qaynadın. Taxıllar pəhriz dəyərini artıracaq. Bir ovuc kətan toxumu istifadə etmək də məsləhət görülür.
Kəsmik
Bu gün üçün təzə və təbii kəsmik seçin. O, orqanizmi istənilən pəhrizdə itirilən ehtiyat mineral komponentlərlə təmin edir.
Meyvə
Meyvələr də orqanizmi ehtiyacı olduğu vitaminlərlə təmin edəcək və bağırsaqların işini yaxşılaşdıracaq. Bu gün üçün meyvələri seçərkən tərkibində nişasta çox olduğu üçün bananı ixtisara salın.
Qeyd: 6 ləçək pəhrizini hamilə və süd verən analar saxlaya bilməz. Bu pəhriz onların sağlamlığı üçün çox təhlükəlidir. Bütün pəhrizlər kimi 6 günlük qidalanma rejiminə keçməzdən əvvəl həkiminizlə məsləhətləşin.
Aytən
-
Rəsmi xronika16:23İlham Əliyev fərman imzaladı
-
Nida Xəbər 15:10Əli Əsədov qərar imzaladı
-
Dünya14:47İran nəşrindən Trampla bağlı qalmaqallı mesaj: Qisas qaçılmazdır - FOTO
-
Sosial14:09Bu şəxslərə 3 il müddətində hər ay müavinət ödəniləcək
-
Sosial12:36Azərbaycanda yenilik: Sosial şəbəkələrdə hesab açmaq üçün... - RƏSMİ
-
Nida Xəbər 12:06Azərbaycan və Ermənistan vətəndaşları məsuliyyət daşımayacaqlar - Bu məxfi məlumatı versələr
-
ABŞ09:27Trampa elə bir üzük hədiyyə etdilər ki... - FOTO
-
ABŞ09:24Görüş olacaq: Trampın “xüsusi elçisi” Qətərə getdi




























.jpg)

.jpg)








