Gözəllik
Sarımsaq yağının saça faydası və təsiri nədir?
Sarımsaq yağının faydalarını saymaqla bitmir. O, alternativ təbabətdə və xalq arasında istifadə edilən ən qədim bitkilər arasında yer alır.
Sarımsaq yağından saç maskası kimi daha çox istifadə edilir. O, ekoloji amillərə bağlı yaranmış saç tökülməsinin qarşısını alır, saç dərisi problemlərinə təbii antibiotik kimi yaxşı təsir edir və saç diblərini möhkəmləndirir.
Sarımsaq yağı tapmasanız, bir neçə sarımsağı əzərək suyunu saç dərisinə masaj edərək çəkin. Saçları daha çox nəmləndirmək istəyirsinizsə, o halda bir xörək qaşığı zeytun yağı əlavə edin.
Baş dərisini sarımsaq yağıyla masaj etmək qan dövranını sürətləndirir, saç köklərini qidalandırır və tükün uzanmasına şərait yaradır. Bundan başqa, saç dərisində yığılan ölü dəri hüceyrələri və digər toksinləri təmizləyərək saçın uzanmasına maneə olan problemləri aradan qaldırır. Saç dərisi həddindən artıq quru və qaşınma şikayətləri olanlar müntəzəm şəkildə sarımsaq yağından istifadə etməlidir.
Əgər evdə zeytun yağı və sarımsaq varsa, sarımsaq yağını özünüz də hazırlaya bilərsiniz. Bunun üçün 4-5 diş sarımsağın qabığını soyun, 2 çay stəkanı qədər zeytun yağında 1 həftə saxlayın. Daha sonra bu qarışıqdan saçlarınıza maska çəkin. Saç ucları çox tez qırırlarsa, gecə uclarına bir miqdar bu yağdan sürtün, səhər isə yuyun.
Sarımsaq yağının saç baxımında heç bir əks təsiri yoxdur, ancaq ona allergiyası olanlar saç dərisində qızartı və qaşınma ilə qarşılaşa bilər. Belə hallarda qaşınmanın qarşısını almaq üçün sarımsaq yağı istifadə etməyin və bu yağı istifadə etdikdən sonra saç dərisi qaşınmağa başlayarsa, dərhal şampunla yuyub su ilə yaxalayın.
Aytən
-
Qoroskop00:00Günün ULDUZ FALI - Oğrulardan ehtiyatlı olun
-
İdman3 Oktyabr 21:36İspaniya mətbuatından Arda Güler şərhi: “Daimi kabus yaşayır”
-
Magazin23 Oktyabr 20:36Hülya Avşar makiyajsız halı ilə diqqət çəkdi - (Foto)
-
Magazin23 Oktyabr 19:00Məşhur aktyorun 13 yaşlı qızı niyə ölüb?
-
İdman3 Oktyabr 18:25Baş məşqçidən Ronaldoya sülh təklifi - Neytral ərazidə...
-
Ekologiya3 Oktyabr 17:13Bu ərazilərə qar yağır - Faktiki hava
-
İdman3 Oktyabr 16:21“Fənərbağça”nın baş məşqçisi: "Qarabağ” komandasını izləyirəm
-
Hadisə3 Oktyabr 16:12DİN əməliyyatlar keçirdi, saxlanılanlar arasında İran vətəndaşı da var

















.jpg)


















.jpg)