Gözəllik
Gözəlliyin keşiyində duran yağlar
Bəzi qidalardan əldə edilən yağlar həm orqanizm, həm də dəri gözəlliyi üçün faydalıdır. Zeytun yağı, qaraçörəkotu yağı, qoz yağı həm sağlam qalmaq, həm də gözəl görünmək istəyənlərə yardım edə bilər.
Publika.az ən faydalı yağları araşdırıb:
Qaraçörəkotu yağı:
Bu yağ immunitet sistemini gücləndirir. Mikrob, virus və göbələkləri yox edir. Toksinlərin bədəndən atılmasını təmin edir. Qidalar, dərmanlar, həmçinin, kosmetik məhsullarla orqanizmə daxil olan kimyəvi maddələri təmizləyir. Yaraların tez sağalmasını təmin edir. Gündə 1 dəfə yeməkdən sonra 1 çay qaşığı qaraçörəkotu yağı içmək məsləhətdir.
Qeyd edək ki, bu yağ saç tökülməsinin və kəpəyin qarşısını da alır.
Zeytun yağı:
Yeməklərə dad verən bu faydalı yağ dəriyə qulluq üçün tövsiyə edilir. Zeytun yağı ilə həm üz və bədən dərisinə, həm də saçlara qulluq etmək olar. Ondan müxtəlif maskalar hazırlaya və ya birbaşa dəriyə çəkə bilərsiniz. Zeytun yağı dərinin nəm balansını qoruyur, qırışları açır, günəş şüalarının mənfi təsirlərini aradan qaldırır.
Gicitkən yağı:
Qanı təmizləyib, soyuqlamanı aradan qaldıran bu yağ revmatizmadan əziyyət çəkənlərə də kömək edir. Gözəlliyinin qayğısına qalanlar saçlara və üz dərisinə gicitkən yağı ilə qulluq edə bilər. Bu yağ saçların qırılmasına mane olur, onların uzanmasına kömək edir, onlara parlaqlıq verir. Üzdəki sızanaqları azaldır, qızartıları yox edir.
Qoz yağı:
Saç tökülməsinin çarəsi hesab olunur. Həmçinin, göz ətrafı qırışları aradan qaldırır.
Alma yağı:
Sızanaqları aradan qaldırır. Qarın, bel, ayaq və ombada müşahidə edilən çatlarla mübarizədə effektlidir. Alma yağını saçlara da çəkmək olar.
Ləman Sultan
-
Rəsmi xronika10:36İlham Əliyev açılış mərasimində iştirak etdi - VİDEO/YENİLƏNDİ
-
İdman09:52Dasayev inancı haqda: Müsəlmanam, həmişə qapıya Quran qoyurdum, İspaniyada oğurladılar
-
Avropa09:27II Albertin əmisi oğlu parkda ölü tapıldı
-
Nida Xəbər 09:15Deputatın oğlunun adı keçən kütləvi dava ilə bağlı 13 nəfər həbs edildi - RƏSMİ
-
ABŞ08:12ABŞ İran yaxınlığında hərbi fəallığını artırdı - Son bir həftədə nələr dəyişdi?
-
İdman07:55“Qızıl top”un qalibləri kimlər oldu? - Siyahı|Yeniləndi
-
Ekopublika.az05:45Bakının bu ərazilərində ucuz mənzillər satılır - Video
-
Qoroskop02:19Günün ulduz falı: İş yükü sizdə zehni gərginlik yaradacaq






































