Gözəllik
İfadəli baxışlarla daha cəlbedici görünün – FOTOLAR
Hollivudun yeni gözəllik trendlərindən biri də pişikgöz makiyajdır. Bu cür makiyaj tərzi Yeni il ərəfəsi xüsusilə aktualdır.
Publika.az-ın gözəllik bölməsi xəbər verir ki, Yeni ildə valehedici görünmək istəyənlər üçün pişikgöz makiyajı ideal variant olacaq.
Əlbəttə ki, klassik pişik göz makiyajı üçün qara göz kölgələri və göz qələmi ən yaxşı seçimdir. Lakin visajistlər onun formasını müəyyənləşdirmək üçün açıqrəngli karandaş məsləhət görürlər. Daha sonra onun içini qara qələm və göz kölgələri ilə doldurun. Oxların uclarını bir qədər yuxarı qaldırın, belə daha çox seksual görünəcəksiniz. Kənara yayılmış ləkəni isə pambıqlı qulaq çöpü ilə təmizləyin. Omber Heard, Kristen Stüart, Rita Ora və digər məşhur gözəlçələrin makiyajından nümunə götürüb onları təkrarlaya bilərsiniz.
Tanınmış rusiyalı vizajist Natalya Petrovanın sözlərinə görə, dramatizmin şitini çıxarmamaq üçün tündrəngli dodaq boyalarından qaçmaq lazımdır. Yaxşı olardı ki, pişik göz makiyajla dəri və neytral rəngli dodaq boyalarından istifadə edəsiniz.
Pişik göz makiyajda tünd göy göz kölgələrindən də istifadə edə bilərsiniz. Bu rəngi, adətən, eksperiment aparmaqdan qorxmayan cəsarətli xanımlar seçir. Bozrəngli göz qələminin köməyilə pişik gözləri formasını çəkin. Sonra isə tünd göy karandaşla üst və alt göz qapaqlarını doldurun və parıltılı göz kölgəsi çəkin. Məsələn, Teylor Sviftlə, Coan Smollsın aşağıdakı obrazları cəsarət tələb edir. Baxışlara dərin ifadə vermək üçün taxma kirpik taxıb qara tuş çəkin.
Əgər qara pişikgöz makiyajı sizə həddən artıq radikal variant kimi gəlirsə, qəhvəyi göz kölgələri seçin. Bu çaları seçərkən saç və göz rəngini nəzərə alın. Məsələn, sarışınlara bozumtul tonlar, bənövşəyi yaşıl gözlərə, qəhvəyi isə qonur gözlərə əla yaraşacaq. Gümüşü və qızılı göz kölgələri isə demək olar ki, hər kəsə yaraşır. Yeri gəlmişkən, qeyd edək ki, makiyaj bitdikdən sonra baxışların ifadəli və cəlbedici alınması üçün gözün küncünə zər çəkin. Cəsarətli makiyajı incə zinət əşyaları və dəri rəngi dodaq boyası ilə tamamlayın.
Aytən
-
Rəsmi xronika10:36İlham Əliyev açılış mərasimində iştirak etdi - VİDEO/YENİLƏNDİ
-
İdman09:52Dasayev inancı haqda: Müsəlmanam, həmişə qapıya Quran qoyurdum, İspaniyada oğurladılar
-
Avropa09:27II Albertin əmisi oğlu parkda ölü tapıldı
-
Nida Xəbər 09:15Deputatın oğlunun adı keçən kütləvi dava ilə bağlı 13 nəfər həbs edildi - RƏSMİ
-
ABŞ08:12ABŞ İran yaxınlığında hərbi fəallığını artırdı - Son bir həftədə nələr dəyişdi?
-
İdman07:55“Qızıl top”un qalibləri kimlər oldu? - Siyahı|Yeniləndi
-
Ekopublika.az05:45Bakının bu ərazilərində ucuz mənzillər satılır - Video
-
Qoroskop02:19Günün ulduz falı: İş yükü sizdə zehni gərginlik yaradacaq






































