Gözəllik
Beyonsun saç stilindən ruhlanın – FOTOLAR
Beyons dünya pop-səhnəsinin ən parlaq ulduzlarından biridir. Onun mükəmməl ifaçı olması ilə heç kim mübahisə edə bilməz. Beyons “People” jurnalının reytinqinə əsasən, dəfələrlə planetin ən gözəl qadını adını qazanıb.
Publikaz.az bu yazıda pop divanın saç stilinin illər ərzində necə dəyişdiyini göstərən fotoları toplayıb. Bu yazıda müğənninin saçına qulluq qaydaları ilə tanış ola bilərsiniz.
Əslində, müğənnin bütün karyerası ərzində makiyaj tərzi demək olar ki, dəyişməyib. Beyons önəmli dəvətlərdə gözlərinə parlaq olsa da, çox ahəngdar və yüngül makiyaja üstünlük verir. Şübhəsiz, illər keçdikcə stilistlər ulduzun qüsurlu nüanslarını aradan qaldıraraq, imicini yaxşı istiqamətdə dəyişiblər. Buna baxmayaraq, ciddi dəyişiklik nəzərə çarpmır. Lakin məşhurun saç rəngi haqqında eyni sözü demək olmaz. Müğənni ildə bir neçə dəfə saç rəngini əsaslı şəkildə dəyişir. İnsaf xətrinə demək lazımdır ki, dəri rəngi ona istənilən rəngi sınaqdan keçirməyə imkan verir. O, saç stilində də eksperimentlər aparmağı xoşlayır.
Beyons saç rəngini tez-tez dəyişməsini anasının gözəllik salonunda işləməsi ilə əlaqələndirir. Onun sözlərinə görə, saçını uşaqlıqdan boyamağa başlayıb. Bütün eksperimentlərə rəğmən, bu gün divanın saçı çox gözəl görünür.
Bəs, bu gözəl saçların sirri nədədir?
Ulduzun sirri sadədir, o mütəmadi olaraq, gözəllik salonlarına gedir, müxtəlif saç maskalarından yararlanır. Ən vacibi isə saç düzləşdirici fendən mümkün qədər az istifadə edir. Bundan başqa, saçını badam yağı ilə nəmləndirir. Gecə dəvətlərindən, konsertlərdən sonra saçını dərhal yuyur.
Aytən
-
Rəsmi xronika10:36İlham Əliyev açılış mərasimində iştirak etdi - VİDEO/YENİLƏNDİ
-
İdman09:52Dasayev inancı haqda: Müsəlmanam, həmişə qapıya Quran qoyurdum, İspaniyada oğurladılar
-
Avropa09:27II Albertin əmisi oğlu parkda ölü tapıldı
-
Nida Xəbər 09:15Deputatın oğlunun adı keçən kütləvi dava ilə bağlı 13 nəfər həbs edildi - RƏSMİ
-
ABŞ08:12ABŞ İran yaxınlığında hərbi fəallığını artırdı - Son bir həftədə nələr dəyişdi?
-
İdman07:55“Qızıl top”un qalibləri kimlər oldu? - Siyahı|Yeniləndi
-
Ekopublika.az05:45Bakının bu ərazilərində ucuz mənzillər satılır - Video
-
Qoroskop02:19Günün ulduz falı: İş yükü sizdə zehni gərginlik yaradacaq






































