Gözəllik
Fərqli dəri problemləri üçün maskalar
Hər dərinin özünəməxsus qulluğa ehtiyacı var. İstər krem, istərsə də maska seçərkən dərinizdəki problemləri nəzərə almalısınız. Ancaq elə bir gözəllik vasitəsi var ki, hansı dəri problemindən əziyyət çəkməyinizdən asılı olmayaraq, o, sizə yardımçı ola bilər.
Bu, qədim zamanlardan bəri qadınların gözəlləşmək üçün istifadə etdikləri gildir.
Publika.az müxtəlif dəri problemləri üçün gildən hazırlanan maska reseptlərini təqdim edir:
Sızanaqlı dəri üçün yaşıl gil maskası
1 xörək qaşığı yaşıl gil ilə 2 xörək qaşığı vodka və 1 çay qaşığı aloe-vera şirəsini qarışdırın. Maskanı həftədə 2 dəfə çəkmək kifayət edəcək.
Qabıq verən dəri üçün ağ gil maskası
2 xörək qaşığı ağ gillə 1 xörək qaşığı dəniz yosununu və 1 xörək qaşığı zeytun yağını qarışdırın. Üzərinə bir az gülab əlavə edin. Maskadan həftədə 3 dəfə istifadə etmək lazımdır.
Dəri sallanmasına qarşı gil maskası
Hansı gildən istifadə edəcəyinizə dəri tipinizi nəzərə alaraq qərar verməlisiniz. Yağlı dəriyə sahib olanlar yaşıl, quru dəriyə sahib olanlar isə ağ gildən istifadə etməlidir. 1 xörək qaşığı gilə 1 çay qaşığı süd və 1 xörək qaşığı bal əlavə edin. Bu maskadan həftədə 1 dəfə istifadə etməyiniz məsləhətdir.
Dərini ağardan gil maskası
Yenə dəri tipinizə uyğun gil növünü seçin. Əvvəlcə 1 ədəd yumurtanın ağını 1 çay qaşığı duzla qarışdırıb çırpın. Üzərinə iki xörək qaşığı gil əlavə edin. Maska həftədə 2 dəfə çəkilməlidir.
Məsamələri daraldan gil maskası
3 xörək qaşığı pomidor püresi ilə 1 xörək qaşığı gili qarışdırın. Bu maskadan həftənin 3 günü istifadə etmək olar.
Qeyd edək ki, yuxarıdakı bütün maskalar dəridə 20 dəqiqə qalmalıdır. Daha sonra dəri ilıq su ilə təmizlənməlidir.
Ləman Sultan
-
Region02:42İran səfirindən Avropaya KRİTİK MESAJ - “Tehranın gücünü qəbul etməlisiniz”
-
Sağlamlıq01:11C vitamini ilə bağlı mif dağıldı - Soyuqdəyməyə qarşı kömək etmir, əksinə..
-
Magazin100:15Könül Kərimovanın qızı boşandı
-
Qoroskop00:00Günün ULDUZ FALI - Bu, münasibətinizi daha da gücləndirəcək
-
Magazin229 Avqust 23:36Cem Yılmaz xəstəxanaya yerləşdirildi
-
ABŞ29 Avqust 23:00Tramp CNN telekanalı ilə bağlı elə sözlər dedi ki...
-
MDB29 Avqust 22:24Qadın liftdə uşaq dünyaya gətirdi
-
Sağlamlıq29 Avqust 22:12Mədə şişkinliyinə qarşı bunları edin

























.png)











.jpg)
.jpg)