Gözəllik
Baldırları 1 həftəyə incəldən üsul
Qadın bədən quruluşunun ən cəlbedici və problemli nahiyəsi budlardır. Bəzən bud nahiyəsində toplanmış artıq piylər özünə inamsızlığa səbəb olur. Qadınların əksəriyyəti hesab edir ki, biçimli ayaqlar əlçatmaz arzudur, lakin belə deyil...
Publika.az-ın gözəllik bölməsi bu yazıda ayaqları incəltməyin üsullarını izah edib.
Nəyə görə budlarda toplanmış artıq piyləri yandırmaq bu qədər çətindir? Məsələ ondadır ki, bu zonada yığılmış yağ qan dövranını pisləşdirir. Bu da təbii olaraq, arıqlamaq prosesini çətinləşdirir.
Özünüzə olan inamı qaytarmaq üçün sizə elə bu gündən fəaliyyətə başlamağı təklif edirik. Bu tövsiyələri yerinə yetirməyə hər bir qadının gücü çatacaq.
Arzuya doğru mühüm addım!
Sutkalıq kalori istehlakı azaldılmalıdır. Tez-tez, lakin az-az yeməyə çalışın. Özünüzü hər zaman tox hiss etmək üçün qida qəbulu arasında uzun fasilə olmalı deyil. Hər 2-3 saatdan bir aclıq hissini öldürmək üçün yüngül yemək yeyin.
İkinci addım
Kifayət qədər su içmək vərdişinə yiyələnin. Qazlı sular, pivə və süd kokteylləri kimi yüksək kalorili içkilərdən imtina edin. Bir neçə gündən sonra şirin çaydan da asanlıqla imtina edə bilərsiniz.
Üçüncü addım
Xoşbəxtlikdən, baldırları idman hərəkətlərinin köməyilə asanlıqla formaya salmaq olar. Ayaqlar üçün çoxlu sayda idman növləri mövcuddur. Ən əsası, hər gün məşq edin. Yorğun olduqda belə özünüzü idman etməyə məcbur edin! Motivasiya üçün ritmik mahnıların köməyindən istifadə edin.
Unutmayın ki, bədəninizi arzu etdiyiniz formaya salmaq sizin öz əlinizdədir. Bunun üçün bir qədər əziyyətli çəkməli olacaqsınız. Lakin əvəzində arıqladıqdan sonra dar şalvarları geyinməkdən böyük zövq alacaqsınız.
Bu videodakı məşqi 12 dəfə yerinə yetirin. Videoçarxda təlimləri necə etməli olduğunuz aydın şəkildə göstərilir.
Aytən
-
Nida Xəbər 15:10Əli Əsədov qərar imzaladı
-
Dünya14:47İran nəşrindən Trampla bağlı qalmaqallı mesaj: Qisas qaçılmazdır - FOTO
-
Sosial14:09Bu şəxslərə 3 il müddətində hər ay müavinət ödəniləcək
-
Sosial12:36Azərbaycanda yenilik: Sosial şəbəkələrdə hesab açmaq üçün... - RƏSMİ
-
Nida Xəbər 12:06Azərbaycan və Ermənistan vətəndaşları məsuliyyət daşımayacaqlar - Bu məxfi məlumatı versələr
-
ABŞ09:27Trampa elə bir üzük hədiyyə etdilər ki... - FOTO
-
ABŞ09:24Görüş olacaq: Trampın “xüsusi elçisi” Qətərə getdi
-
Dünya07:55Monakodakı partlayışda xəsarət alanlar oliqarx və ailə üzvləri imiş - Yeniləndi



























.jpg)










