Gözəllik
Dərinizə uyğun yeyin...
Heç kimə sirr deyil ki, yediklərimiz birbaşa dəriyə təsir göstərir. Ona görə də, dəri problemləri çox vaxt qeyri-düzgün qidalanmanın nəticəsi olaraq ortaya çıxır.
Publika.az-ın gözəllik bölməsi xəbər verir ki, qidalanma vərdişlərini dəyişdirərək dəri problemlərindən xilas olmaq mümkündür.
Quru dərilər üçün
Əvvəla, bol su için. Xiyar, kərəviz, qarpız, kələm, pomidor və balqabaq kimi tərkibi su ilə zəngin meyvə və tərəvəzlər istehlak edin. Omeqa-3 ehtiva edən balıq, avokado, hindqozu yağı, kətan toxumu və fındıq kimi qidalar da dərini nəmləndirməyə yardım edir. Spirt, kofein və şəkər isə dərini qurudur.
Həssas dərilər
Antioksidantlar və amin turşuları ilə zəngin qidalara üstünlük verin. Çünki həmin qidalar hüceyrələri yeniləyir. Həssas dəri tipinə sahib olanlar mümkün olduqca təbii qidalarla qidalanmalı, qırmızı ət, kofein, alkoqol və ədviyyatlı yeməklərdən uzaq durmalıdırlar.
Yağlı dərilər
B6 vitamini ehtiva edən tam taxıllı qidalar, balıq, qırmızı bibər, balqabaq, ispanaq, qulançar, brüssel kələmi, brokkoli, qara kələm və sarımsaq yağlı dəriyə sahib olanlara yaxşı təsir edəcək. Hazır qidalar, qızartma və yağlı yeməklər, eləcə də şəkər, dərisi yağlı olanlara ziyandır.
Ödəmi olan insanlar
A vitamini ehtiva edən yeməklər yeyin. Qaysı, yerkökü, manqo, çobanyastığı balqabaq, gül kələmi və yaşıl yarpaqlı bitkilər dəridəki şişkinliyi azaldır. Şəkərdən və hər cür şirniyyat məhsullarından uzaq durun. Çünki dəridəki bakteriyalar şəkərdən qidalanırlar.
Ekzema
Ekzemadan əziyyət çəkənlər doymamış yağ turşularından istifadə etməlidir. Dəri quruluğundan xilas olmaq üçün Omega-3 qəbul etməlidirlər. Süd, pendir, qaymaq, dondurma, qatıq və başqa süd məhsullarından çəkinməli, xüsusən də, şərab və başqa spirtli içkilərdən uzaq durmalıdırlar.
Aytən
-
Rəsmi xronika10:36İlham Əliyev açılış mərasimində iştirak etdi - VİDEO/YENİLƏNDİ
-
İdman09:52Dasayev inancı haqda: Müsəlmanam, həmişə qapıya Quran qoyurdum, İspaniyada oğurladılar
-
Avropa09:27II Albertin əmisi oğlu parkda ölü tapıldı
-
Nida Xəbər 09:15Deputatın oğlunun adı keçən kütləvi dava ilə bağlı 13 nəfər həbs edildi - RƏSMİ
-
ABŞ08:12ABŞ İran yaxınlığında hərbi fəallığını artırdı - Son bir həftədə nələr dəyişdi?
-
İdman07:55“Qızıl top”un qalibləri kimlər oldu? - Siyahı|Yeniləndi
-
Ekopublika.az05:45Bakının bu ərazilərində ucuz mənzillər satılır - Video
-
Qoroskop02:19Günün ulduz falı: İş yükü sizdə zehni gərginlik yaradacaq






































