Gözəllik
Ziyafətlər üçün zövqoxşayan saç düzümləri – FOTOLAR
Yeni ili restoranda və dostları ilə qeyd etməyi planlaşdıran xanımlar bayram hazırlığına bir ay əvvəlcədən başlayıblar. Paltar və makiyaja çoxdan qərar verdiklərindən növbə saçlara çatıb.
Publika.az Yeni il axşamı xanımları qüsursuz göstərən saç düzümləri toplayıb. Həmin saç düzümlərinin yığılma qaydası asan olduğundan həm dəvətlərdə, həm də ailənizlə birlikdə keçirəcəyiniz bayram gecəsində özünüz də yığa bilərsiniz.
Aşağıda toplanmış toppuz
Bir az aşağıda toplanmış toppuz saç düzümü həmişə yerinə düşür. Bu saç düzümünü ciddi iş geyimi, həm də ziyafət paltarıyla ilə uyğunlaşdırmaq olar. Toppuzun dağınıq və həcmli alınması üçün saçları əvvəlcədən hörüb yatın. Onların elektriklənməməsi üçün saç lakı və ya kremdən istifadə edin. Bu saç düzümü üçün bir neçə saç maşası lazım olacaq. Bayram əhval-ruhiyyəsinə uyğun olaraq saç aksessuarlarında da istifadə etmək olar.
Dağınıq toppuz sevməyənlər saçını fenlədikdən sonra onu tarım yığaraq forma verə bilər. Darıxdırıcı görünməmək üçün obrazı tünd rəngli pomada ilə tamamlayın.
Saç bəzəkləri
Saç bəzəkləri istənilən obrazı canlandıracaqlar. Bununla yanaşı, saç aksessuarlarının ancaq parıltılı ziyafət libasları ilə yaxşı uzlaşacağını düşünməyin. Onlar sadə don və köynəklə də gözəl görünürlər. Əgər zərif qadın obrazı yaratmaq istəyirsinizsə, ilham mənbəyi kimi “Dolce & Gabbana”-nın payız-qış kolleksiyasına nəzər salın. Belə ki, moda evinin modelləri podiuma müxtəlif saç bəzəkləri ilə çıxmışdılar.
Əgər daha ciddi və klassik görünmək istəyirsinizsə, o halda qara saç lentləri və ya qırmızı rəngli saç lenti alın. Yaxud da bayram obrazını tor və vualla vurğulaya bilərsiniz.
Dalğalı saçlar
Dalğalı model ilə təbii görünüş qazanacaqsınız. Saçları həcmli göstərən bu modeli xüsusilə sönük və incə telli saçlara sahib qadınlara tövsiyə edirik. Bu zaman saçlarınız həm qəşəng, həm də gur görünəcək.
Qısa saçlar
Qısa saçlı xanımlar gözəllik salonuna getmədən evdə özünə yaraşan fasonu verə bilər. Məsələn, saç kremi vasitəsilə saçları tamamilə arxaya darayın. Bu saç modelinə saç abadoku əla alternativ olacaq.
Aytən
-
Region02:42İran səfirindən Avropaya KRİTİK MESAJ - “Tehranın gücünü qəbul etməlisiniz”
-
Sağlamlıq01:11C vitamini ilə bağlı mif dağıldı - Soyuqdəyməyə qarşı kömək etmir, əksinə..
-
Magazin100:15Könül Kərimovanın qızı boşandı
-
Qoroskop00:00Günün ULDUZ FALI - Bu, münasibətinizi daha da gücləndirəcək
-
Magazin229 Avqust 23:36Cem Yılmaz xəstəxanaya yerləşdirildi
-
ABŞ29 Avqust 23:00Tramp CNN telekanalı ilə bağlı elə sözlər dedi ki...
-
MDB29 Avqust 22:24Qadın liftdə uşaq dünyaya gətirdi
-
Sağlamlıq29 Avqust 22:12Mədə şişkinliyinə qarşı bunları edin

























.png)











.jpg)
.jpg)