Gözəllik
Yeni il gecəsi qırmızı dodaq boyası ilə parıldayın – FOTOLAR
Bütün modapərəstlər yaxşı bilir ki, Yeni il obrazı üçün geyimdə və makiyajda ən effektli rəng qırmızıdır!
Publika.az xəbər verir ki, dəb mütəxəssisləri Yeni il gecəsi üçün xanımlara klassik qırmızı və zoğalı dodaq boyasını tövsiyə edir. Qaranlıq gecədə heç bir rəng dodaqları qırmızı qədər gözəl göstərmək gücünə malik deyil. Yeri gəlmişkən, qeyd edək ki, qırmızı dodaq boyası kişilərin diqqətini cəlb etmək üçün ən düzgün vasitədir. Lakin qırmızı dodaq boyasının da öz qanunları var.
Məsələn, qırmızı dodaq boyası çəkməzdən əvvəl dəri tonunun qeydinə qalın. Qızartı, yaxud sızanaq varsa, makiyaj ikinci planda qalacaq. Üstəlik, qırmızı dodaq boyası rəqabətə dözmür. Siz dodaqlarınızı qırmızı dodaq boyası ilə vurğulamağa qərar vermisinizsə, qalan bütün makiyajı sadə, neytral tonlarda etməlisiniz. Yüngül çəhrayı ənlik obraza təravət verəcək. Qəhvəyi tonları başqa makiyaj üçün saxlayın.
Qırmızı və onun çalarlarının digər bir şərti də dodaqların eyni tonda olmasıdır. Daha doğrusu, boyanın dodaqların hər tərəfinə bərabər paylamaqdır. Bundan əlavə, dəri, saç və göz rəngini nəzərə almaq lazımdır.
Makiyajdan əvvəl dodaqları balzamla nəmləndirin. Dodaqlarınızı qidanlandırın və balzamın hopmasını gözləyin. Dodaqlara azca kirşan çəkin. Dodaq boyası ilə eyni, yaxud bir ton tünd dodaq qələmi seçin. Tündrəngli dodaq qələminin dodaqları daha həcmli göstərdiyini unutmayın. Sadəcə, qələmin ucu yaxşı itilənməlidir. Dodağın üst hissələrindən başlayın. Kənarlardan mərkəzə tərəf gedin. Qələmi perpendilkulyar vəziyyətdə tutun. Bundan sonra dodaqları rəngləmək olar.
Dodaq boyasını çəkdikdən sonra dodaqlarınızı salfetə yapışdırın. Bundan sonra dodaqlara azca kirşan çəkin və yenidən rəngləyin. İkinci qat dodaq boyasının qalıcı olmasını təmin edəcək.
Qırmızı və zoğalı dodaq boyasını necə çəkməyi ulduzlardan öyrənək!
Aytən
-
Region02:42İran səfirindən Avropaya KRİTİK MESAJ - “Tehranın gücünü qəbul etməlisiniz”
-
Sağlamlıq01:11C vitamini ilə bağlı mif dağıldı - Soyuqdəyməyə qarşı kömək etmir, əksinə..
-
Magazin100:15Könül Kərimovanın qızı boşandı
-
Qoroskop00:00Günün ULDUZ FALI - Bu, münasibətinizi daha da gücləndirəcək
-
Magazin229 Avqust 23:36Cem Yılmaz xəstəxanaya yerləşdirildi
-
ABŞ29 Avqust 23:00Tramp CNN telekanalı ilə bağlı elə sözlər dedi ki...
-
MDB29 Avqust 22:24Qadın liftdə uşaq dünyaya gətirdi
-
Sağlamlıq29 Avqust 22:12Mədə şişkinliyinə qarşı bunları edin

























.png)











.jpg)
.jpg)