Gözəllik
Göz ətrafındakı qara dairələrlə mübarizə üsulları
Göz ətrafı qara halqalar əsasən, genetik amillərdən
qaynaqlanır. Yəni bu, sizin günahınız deyil. Amma göz ətrafı
dərinin vəziyyətini yaxşılaşdırmaq öz əlinizdədir.
Publika.az xəbər verir ki, Los-Ancelesdəki Cənubi Kaliforniya Keck Tibb Məktəbində dermatoloq və professor Cessika Vu göz ətrafında qara dairələrə səbəb olan vərdişləri sadalayıb.
Göz ətrafında qara halqaların yaranmağını istəmirsinizsə, bunlara diqqət etməlisiniz.
Günəşdən qoruyucu kremə biganəlik
Olduqca nazik alt və üst göz qapaqları günəşin təsirinə çox tez məruz qalır. Bundan başqa, günəşdən qoruyucu məhsula qarşı da həssasdırlar. C.Vu göz ətrafı dəri üçün axıcı və yapışqan olmayan məhsulları təklif edir.
Makiyaj təmizləyici məhsullar
Əgər göz makiyajını silmək üçün istifadə etdiyiniz losyon dərini qıcıqlandırırsa, üstəlik, göz ətrafı dərini basaraq silirsinizsə, kapilyarLara zərər verirsiniz. Vu göz makiyajını asanlıqla təmizləyəcək məhsullara üstünlük verməyi təklif edir.
İsti su
Vu bildirib ki, bir çox insan üzünü isti su ilə yuyur. Lakin bu, düzgün deyil. İsti su göz ətrafı şişkinliyə və göz ətrafı dərinin daha da qaralmasına yol açır. Bu səbəbdən, dermatoloq isti su əvəzinə, ilıq, hətta mümkünsə, soyuq su istifadə etməyi tövsiyə edir.
Aytən
-
Rəsmi xronika10:06İlham Əliyev açılış mərasimdə iştirak edir - CANLI
-
İdman09:52Dasayev inancı haqda: Müsəlmanam, həmişə qapıya Quran qoyurdum, İspaniyada oğurladılar
-
Avropa09:27II Albertin əmisi oğlu parkda ölü tapıldı
-
Nida Xəbər 09:15Deputatın oğlunun adı keçən kütləvi dava ilə bağlı 13 nəfər həbs edildi - RƏSMİ
-
ABŞ08:12ABŞ İran yaxınlığında hərbi fəallığını artırdı - Son bir həftədə nələr dəyişdi?
-
İdman07:55“Qızıl top”un qalibləri kimlər oldu? - Siyahı|Yeniləndi
-
Ekopublika.az05:45Bakının bu ərazilərində ucuz mənzillər satılır - Video
-
Qoroskop02:19Günün ulduz falı: İş yükü sizdə zehni gərginlik yaradacaq


















.jpg)


















