Gözəllik
Dərini hamarlaşdıran ucuz və effektli yerkökü maskası
Mütəmadi olaraq kök maskası istifadə edən şəxslərin dərisində sızanaq və ləkə problemlərindən əsər-əlamət qalmır. Bu da yerkökünün tərkibində olan vitamin və minerallardan qaynaqlanır.
Bir çox qoruyucu kremin hazırlanmasında istifadə edilən yerkökü dərini ultrabənövşəyi şüalarından qoruyur, eyni zamanda, dərini ətraf mühitin mənfi təsirlərindən müdafiə edir.
Publika.az -ın gözəllik bölməsi bu yazıda, xüsusilə, qış aylarında dərini təravətləndirən kök maskalarını təqdim edir.
Bu maska həm ucuz başa gəldiyi, həm də ev şəraitində çox rahatlıqla hazırlandığı üçün çox əlverişlidir. Əgər cibinizə qənaət etmək istəyirsinizsə, o zaman bahalı kremlərə pul xərcləmək əvəzinə kök maskasını sınaqdan keçirin. Hətta ən həssas dəri tipinə malik olsanız belə, heç bir problem yaşamayacaqsınız. Bunun ən əhəmiyyətli səbəblərindən biri mağazalardan alacağınız maska və ya kremin tərkibində yerləşən yüzlərlə, bəlkə də, minlərlə kimyəvi maddə olmasıdır. Bu kimyəvi maddələr bəzən dəridə allergiyaya səbəb olur. Dolayısı ilə sızanaqlardan və ya ləkələrdən xilas olmaq yerinə, çoxalmasına gətirib çıxarır.
Dəri üçün yerkökü toniki
Ərzaqlar:
Yerkökü suyu yarım stəkan
Xiyar suyu yarım stəkan
Hazırlanması:
Yerkökü və xiyar suyunu şüşə bankaya töküb qarışdırın. Sonra hazırladığınız toniki hər axşam yatmazdan əvvəl pambığın köməyilə dəriyə, xüsusilə, ləkə və sızanaq olan yerlərə kompres kimi çəkin. Mütəmadi şəkildə tətbiq etdikdə dəriniz inanılmaz dərəcədə parlaq və uşaq dərisi kimi hamar olacaq.
Kök maskası
Ərzaqlar:
2 ədəd yerkökü
2 xörək qaşığı bal
Hazırlanması:
İlk olaraq köklərin qabığını təmizləyin. Qabığını təmizlədikdən sonra blenderə atın və suyunu süzün. Kökün suyunu tonik kimi istifadə edin, lətinə isə 2 xörək qaşığı bal əlavə edib maska hazırlayın. Yaxşıca qarışdırıb üzünüzə çəkin. Təxminən 20-30 dəqiqədən sonra maskanı soyuq su ilə yuyun.
Aytən
-
Sağlamlıq05:45Dondurma yeyərkən dişlərimiz buna görə ağrıyırmış...
-
Yaxın Şərq03:43Milli təhlükəsizlik nazirinin evinin yaxınlığına dron düşdü
-
İdman00:45Tanınmış tennisçi futbolçu oldu
-
Magazin100:15Böyük bədənli model dərin dekolteli libasda belə rəqs etdi - VİDEO
-
Qoroskop00:00Üç bürc üçün dönüş nöqtəsi - Gələn həftə nələr baş verəcək?
-
Sosial25 İyul 23:12Mask dünyanın ilk trilyonçusu statusunu itirdi
-
Hadisə25 İyul 20:33Milli Yaylaq Festivalında dörd nəfər xəsarət alıb - Yeniləndi (FOTOLAR)
-
MDB25 İyul 20:15Azərbaycanla Ermənistan arasındakı münaqişənin mənşəyi bizə tam aydın idi - Tokayev






































