Qocalığın əsas əlamətləri və onlarla mübarizə üsulları
Bizi izləyin

Gözəllik

Qocalığın əsas əlamətləri və onlarla mübarizə üsulları

Müəyyən yaş həddindən sonra qadınlar yaşını gizlətməyə, yaxud azaltmağa başlayır. Hamımız reallığı gizlətməyin və ya zamanı geri qaytarmağın mümkün olmadığını yaxşı dərk edirik! Amma plastik cərrahiyyəyə müraciət etmədən qocalma prosesini ləngitmək hər kəsin öz əlindədir.

Kosmetoloqlar hesab edir ki, bir sıra əlamətlər qadının əsl yaşı haqqında dəqiq məlumat ötürür. Lakin qabaqlayıcı tədbirlərlə qocalma prosesini əhəmiyyətli dərəcədə ləngitmək olar. Kompleks şəklində görülən tədbirlər fantastik nəticələr verir. Əgər üzünüzdə mimik qırışlar, dərinin quruluğu, gözlərin altında şişlər müşahidə edirsinizsə, gənclik uğrunda dərhal mübarizəyə başlamaq vaxtıdır.

Hollivud ulduzlarının böyük bir əksəriyyəti gözəl görünmək üçün plastik əməliyyatlara əl atsa da, müasir kosmetologiyanın gücünə arxalananlar da az deyil.

Publika.az-ın gözəllik bölməsi bu yazıda məşhurların qocalma əlamətləri ilə mübarizə aparma üsullarından bəhs edib.

Burun ətrafı və dodaq kənarlarında mötərizə şəklində qırışlar

носогубные складки

Dodaq kənarlarında mötərizə şəklində qırışlar 25 yaşdan sonra peyda olur. Lakin dərisi quruluğa meylli olan, yaxud dərini kifayət qədər nəmləndirməyən insanlarda mimik qırışlar vaxtından əvvəl də yarana bilər.

Xoşbəxtlikdən, yaxşı kosmetik məhsullar ilkin mərhələdə kömək edəcək. Dərin iz salmış qırışları isə yalnız salonda təklif olunan proseduralarla düzəltmək mümkündür. Bu zaman dərinin altına gialuron turşu vurulur.

Gözlərin altında qara dairələr

круги под глазами

Göz ətrafı dəri çox incə, nazik, həssas və yağsız olduğu üçün tez qırışır. Məsələn, gözləri qıyanda, güləndə, ağlayanda dəri bir çox gərginliyə məruz qalır. Bütün bunlar illər keçdikcə dəridə özünü göstərir.

Yaxud saatlarla kompüter önündə çalışmaq, qeyri-müntəzəm yuxu, spirtli içkilər, üstəlik dekorativ kosmetika göz ətrafı dərini həddindən artıq gərginləşdirir.

Mütəxəssislər göz ətrafı qara dairələrlə mübarizədə dərinin qan dövranını yaxşılaşdıran vasitələrdən istifadə etməyi məsləhət görür. Gözaltı torbalarla isə limfatik drenaj təsir göstərən məhsullarla mübarizə aparmaq tövsiyə olunur. Məsələn, Brinti Spirs bu problemi qaragilə, bağayarpağı, kartof və xiyar kimi meyvə və tərəvəzlərin köməyilə aradan qaldırır. Bu qidalar limfa axınını artırıb bədən daxilində qida paylaymağa kömək edir. Çay kompresi və ya buz kubikləri isə dərini canlandırır.

Üzün oval quruluşu

поплывшее лицо

Dəqiq, mütənasib oval üz gəncliklə sinonimdir. Üzdə mütənasibliyin pozulması bir çox amillərdən asılıdır. Məsələn, çoxlu alkoqollu içki qəbul edən qadınlar sifətin formasını daha tez itirir! Bundan başqa, artıq çəki, irsi və s. səbəblərdən ola bilər.

Artıq 30 yaşında bəzi qadınlarda çənədə yüngül dəri sallanması görmək olar. Qırx yaşında qadının üz əzələlərinin 80 faizi əriyir.

Boyun

шея с морщинами

Qızların əksəriyyəti vaxtında boyun dərisinə qulluq etmir. Nəticədə, qulluq görməyən dəri qadını pis vəziyyətdə qoyur. Belə ki, boyun dərisində qırışlar yaranandan sonra onunla mübarizə aparmaq çətin olur.

Boyun dərisinə ən başlıca qulluq onun duruşuna nəzarət etməkdir. Bunun üçün balaca və möhkəm yastıqda yatın. Artıq 25 yaşından müntəzəm olaraq boyun dərisi üçün pilinq və maskalar etməyə başlayın. Boyun dərisinə nəmləndirici krem çəkmədən evdən çıxmayın.

Əllər

руки

Əllər qadının vizit kartıdır! “Yorulmaz zəhmətkeşlər”, yəni, əllər mexaniki və kimyəvi zərərlərin təsirinə daha çox məruz qalır. Onların təsirini aza endirmək üçün ev işləri görəndə, qab yuyanda mütləq rezin əlcək geyinin. Mütəmadi olaraq əllərinizi təbii bitki yağlarından hazırlanmış krem və maskalarla sevindirin. Ümumiyyətlə, əllərin dərisinin qayğısına erkən yaşlarından başlamaq lazımdır.

Artıq çəki

лишний вес

Artıq çəki onsuz da, hər insanı olduğundan daha yaşlı göstərir. Üstəlik, dəri sallanmaları üçün münbit şərait yaradır. Bu səbəbdən, birdən-birə həddindən artıq arıqlamağa çalışmayın. Arıqlama prosesi ərzində daha diqqətli qidalanın, dərinizin elastikliyini itirib sallanmaması üçün çoxlu su qəbul edin.

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm