Gözəllik
Qüsursuz obrazın yarısı: səliqəli saçlar – FOTOLAR
Qüsursuz obrazın 50 faizini səliqəli saç düzümü təşkil edir. Bunun bariz sübutu da topladığımız nümunələrdir.
Publika.az ən gözəl saç düzümlərinin siyahısını hazırlayıb.
Yarım toppuz ən dəbli saç düzümüdür. Rihannadan tutmuş Kembric hersoginyasına qədər əksər kübar xanımların ürəyincə olan bu saç düzümünü yığmaq xüsusi səy tələb etmir. Odur ki, həmin saç trendinə qarşı etinasız yanaşmaq olmaz.
Hollivud dalğası: Özünüzü ulduz kimi hiss etmək istəyirsiniz? Elə isə Hollivudsayağı saç düzümü ən məsləhətlisidir. Bir tərəfə ayrılmış yumşaq dalğalar romantik obraz yaradır. Ən başlıcası isə, dalğalı saçlar cırıq cinslə də, ziyafət libasları ilə də, kokteyl donlarla da əla yaraşır.
Hörük: Hörüklər nənələrimizin də sevdiyi saç düzümü olub. Sevilməsinin əsas səbəbi də praktik olmasıdır. Hollivud gözəlləri də balıq quyruğu, Timoşenkosayağı, fransız hörüklərini çox xoşlayırlar.
Saç üçün aksessuarlar: Parlaq, bəzəkli sancaq, çiçək çələngi, parıltılı taclar və digər aksessuarlar bu il xüsusilə qiymətləndirilir. Əgər ciddi obraz yaratmaq istəyirsinizsə, zərif saç lentləri ilə kifayətlənə bilərsiniz.
Fotolara baxıb özünüzə yaraşanını seçin.
Aytən
-
Rəsmi xronika10:06İlham Əliyev açılış mərasimdə iştirak edir - CANLI
-
İdman09:52Dasayev inancı haqda: Müsəlmanam, həmişə qapıya Quran qoyurdum, İspaniyada oğurladılar
-
Avropa09:27II Albertin əmisi oğlu parkda ölü tapıldı
-
Nida Xəbər 09:15Deputatın oğlunun adı keçən kütləvi dava ilə bağlı 13 nəfər həbs edildi - RƏSMİ
-
ABŞ08:12ABŞ İran yaxınlığında hərbi fəallığını artırdı - Son bir həftədə nələr dəyişdi?
-
İdman07:55“Qızıl top”un qalibləri kimlər oldu? - Siyahı|Yeniləndi
-
Ekopublika.az05:45Bakının bu ərazilərində ucuz mənzillər satılır - Video
-
Qoroskop02:19Günün ulduz falı: İş yükü sizdə zehni gərginlik yaradacaq


















.jpg)


















