Gözəllik
Özün hazırla! - dərini gözəlləşdirən duş geli
Duş qəbul etmək yalnız təmizlənmək məqsədilə həyata keçirilən akt deyil. Su stresi, yorğunluğu, əsəbi vəziyyəti aradan qaldırır. Bu səbəbdən, çoxumuz axşamlar evə qayıdan kimi ilk növbədə hamama girir. Duş prosesini daha əyləncəli hala gətirmək üçün xoş qoxulu duş gellərindən istifadə etmək olar. Ancaq həm sağlamlığınız, həm də gözəlliyiniz üçün təbii tərkibli duş gellərinə üstünlük verməyiniz məsləhətdir.
Publika.az ev şəraitində hazırlanan möhtəşəm duş gelini təqdim edir:
Tərkibi:
Zeytun yağı
Bal
Təbii tərkibli maye sabun
Nanə və ya tərxun yağı
Hazırlanması:
Yağları şüşə qabda qarışdırın. Daha sonra onların üzərinə digər məhsulları da əlavə edib böyük bir qaşıqla qarışdırın. Duş gelini qaranlıq yerdə saxlayın.
İstifadə qaydası:
İslaq dəriyə çəkib köpükləndirin. Daha sonra ilıq su ilə yuyunun.
Duş gelinin faydası:
Duş gelinin tərkibindəki təbii zeytun yağı dərini qidalandırır və nəmləndirir. Bal isə dərinin nəm balansını qorumaqla yanaşı, antibakterial xüsusiyyəti sayəsində infeksiyalara qarşı müdafiəni təmin edir. Digər yağlar isə sakitləşdirici təsir göstərir.
Ləman Sultan
-
Rəsmi xronika10:06İlham Əliyev açılış mərasimdə iştirak edir - CANLI
-
İdman09:52Dasayev inancı haqda: Müsəlmanam, həmişə qapıya Quran qoyurdum, İspaniyada oğurladılar
-
Avropa09:27II Albertin əmisi oğlu parkda ölü tapıldı
-
Nida Xəbər 09:15Deputatın oğlunun adı keçən kütləvi dava ilə bağlı 13 nəfər həbs edildi - RƏSMİ
-
ABŞ08:12ABŞ İran yaxınlığında hərbi fəallığını artırdı - Son bir həftədə nələr dəyişdi?
-
İdman07:55“Qızıl top”un qalibləri kimlər oldu? - Siyahı|Yeniləndi
-
Ekopublika.az05:45Bakının bu ərazilərində ucuz mənzillər satılır - Video
-
Qoroskop02:19Günün ulduz falı: İş yükü sizdə zehni gərginlik yaradacaq


















.jpg)


















