Gözəllik
Qüsursuz bəzənməyi onlardan öyrənək – FOTOLAR
Ulduzlar daim diqqət mərkəzində olduğu üçün peşəkarlarla işləyir, hər məsələdə onlarla məsləhətləşirlər. Bu səbəbdən də dünya ulduzları istər saç düzümü, istər makiyaj, istərsə də, geyim məsələsində adi xanımlar üçün ən yaxşı nümunədir.
Publika.az bu yazıda “Qızıl Qlobus 2016” mükafatlarının təqdimetmə mərasimində iştirak edən aktrisaların saç düzümü və makiyajını təhlil edib.
Tanınmışların saç düzümlərinə nəzər salsaq, deyə bilərik ki, bu il onların çoxu daha sadə stilə meyl ediblər. Mürəkkəb və buruq saçlar artıq çoxdan dəb tarixinin qaranlıq səhifələrinə dəfn olunub. Bir çox ulduz hər vəziyyətə uyğun gələn universal saç düzümlərinə üstünlük verirlər. Məsələn, Keyt Bosuort kip yığılmış toppuza, Haydi Klumla Kristen Dants isə yüngül yığılmış dağınıq saç düzümünə üstünlük veriblər. Hörükləri seçənlər də az olmayıb. Məsələn, Runi Mara, Reyçel Makadams və Oliviya Palermo romantik hörükləri ilə fərqləniblər. Cennifer Lopez, Keyt Hadson, Yeva Qrin və Emmi Russo isə öz saç düzümündə düşünülmüş səliqəsizliyə yol veriblər. Çünki onlar yaxşı bilirlər ki, açıq qoyulmuş dalğalı saçlar qırmızı xalı üçün ən yaxşı variantdır. Ledi Qaqa isə həm geyimdə, həm də saç düzümündə retro tərzə müraciət edib. Sarı saçlı müğənniyə Merilin Monrosayağı saç düzümü çox yaraşıb.
Makiyaja gəldikdə, burada da ulduzların heç biri riskli davranmağa cəsarət etməyib. Oliviya Uayld, Yeva Lonqoriya və Cennifer Lopezin ağır göz makiyajını çıxmaq şərti ilə heç kim həddindən artıq parıltıya yol verməyib.
Gəlin onları bir-bir nəzərdən keçirək...
Aytən
-
Rəsmi xronika10:06İlham Əliyev açılış mərasimdə iştirak edir - CANLI
-
İdman09:52Dasayev inancı haqda: Müsəlmanam, həmişə qapıya Quran qoyurdum, İspaniyada oğurladılar
-
Avropa09:27II Albertin əmisi oğlu parkda ölü tapıldı
-
Nida Xəbər 09:15Deputatın oğlunun adı keçən kütləvi dava ilə bağlı 13 nəfər həbs edildi - RƏSMİ
-
ABŞ08:12ABŞ İran yaxınlığında hərbi fəallığını artırdı - Son bir həftədə nələr dəyişdi?
-
İdman07:55“Qızıl top”un qalibləri kimlər oldu? - Siyahı|Yeniləndi
-
Ekopublika.az05:45Bakının bu ərazilərində ucuz mənzillər satılır - Video
-
Qoroskop02:19Günün ulduz falı: İş yükü sizdə zehni gərginlik yaradacaq


















.jpg)


















