Gözəllik
Nar şirəsini üzünüzə çəksəniz…
Qədim zamanlardan bəri gözəlləşmək istəyənlər nar şirəsindən istifadə edib. Çünki nar şirəsi dərini cavanlaşdırır, onun daha ağ və qüsursuz görünməyini təmin edir. Ancaq daha effektli təsir üçün nar şirəsini üzə çəkmək lazımdır.
Publika.az narın dəriyə faydalarını və ondan istifadə qaydalarını təqdim edir:
Nar antioksidantlarla zəngin olduğu üçün dəridəki yaşlanma əlamətlərini aradan qaldırır. Tərkibindəki B5 ve C vitaminləri sayəsində dərini qoruyur.
Nar şirəsi və narın tumlarından əldə edilən yağ dəri hüceyrələrini yeniləyir. Həmçinin, dərini günəşin ultrabənövşəyi şüalarından qoruyur.
Nar həm bakteriyalar, həm həzm sistemində yaranan problemlər, həm də hormonların balansının pozulması səbəbindən yaranan sızanaqları aradan qaldırır.
Bunun üçün gündə 1 stəkan nar şirəsi içmək, həmçinin üzü gündə 2 dəfə nar şirəsinə batırılmış pambıqla silmək lazımdır. Nar şirəsi sızanaqları sağaltmaqla yanaşı, sızanaq ləkələrini də aradan qaldırır.
Təzə narla dəriyə qulluq etmək istəyirsinizsə, onun qabığını təmizləyin. Nar dənələrini mikser vasitəsilə lapa halına gətirin. Əldə etdiyiniz maskanı üz və boyun bölgəsinə çəkin. 20-25 dəqiqə gözləyib ilıq su ilə üzünüzü təmizləyin. Narın faydasını görmək üçün bu maskanı 2-3 həftə hər gün çəkməlisiniz.
Ləman Sultan
-
Rəsmi xronika10:06İlham Əliyev açılış mərasimdə iştirak edir - CANLI
-
İdman09:52Dasayev inancı haqda: Müsəlmanam, həmişə qapıya Quran qoyurdum, İspaniyada oğurladılar
-
Avropa09:27II Albertin əmisi oğlu parkda ölü tapıldı
-
Nida Xəbər 09:15Deputatın oğlunun adı keçən kütləvi dava ilə bağlı 13 nəfər həbs edildi - RƏSMİ
-
ABŞ08:12ABŞ İran yaxınlığında hərbi fəallığını artırdı - Son bir həftədə nələr dəyişdi?
-
İdman07:55“Qızıl top”un qalibləri kimlər oldu? - Siyahı|Yeniləndi
-
Ekopublika.az05:45Bakının bu ərazilərində ucuz mənzillər satılır - Video
-
Qoroskop02:19Günün ulduz falı: İş yükü sizdə zehni gərginlik yaradacaq



















.jpg)

















