Gözəllik
Quru və çatlamış dodaqlara paket çayla qulluq
Soyuq hava dodaqların quruyub çatlamasına səbəb olur.
Çatlara qarşı ən yaxşı vasitənin vazelin olduğu deyilsə də, bir çox xanım həm qoxusu, həm də həddən artıq yağlılıq hissi verdiyi üçün vazelinə müraciət etməkdən çəkinir. Məşhur brendlərin istehsal etdikləri dodaq balzamları isə baha olmaqla yanaşı, çatlara qarşı təsirli deyil. Odur ki, dodaqlarının çatlamasından əziyyət çəkənlər Publika.az-ın təqdim etdiyi üsulu sınaqdan keçirə bilər.
Çatlardan xilas olmaq üçün sadəcə 1 ədəd paket çaya (yaşıl və ya qara çay ola bilər) və bir fincan isti suya ehtiyacınız var. Paket çayı qaynar suda 2-3 dəqiqə saxlayın. Daha sonra sudan çıxarıb dodaqlarınızın üstünə qoyun. 5-10 dəqiqə qalması kifayət edəcək.
Paket çay ölü dəriləri təmizləməklə yanaşı, yeni hüceyrələrin yaranmasını da sürətləndirir. Bu üsulu həftədə iki dəfə tətbiq etsəniz, dodaqlarınız daim hamar və yumşaq qalacaq.
Ləman Sultan
-
Rəsmi xronika10:06İlham Əliyev açılış mərasimdə iştirak edir - CANLI
-
İdman09:52Dasayev inancı haqda: Müsəlmanam, həmişə qapıya Quran qoyurdum, İspaniyada oğurladılar
-
Avropa09:27II Albertin əmisi oğlu parkda ölü tapıldı
-
Nida Xəbər 09:15Deputatın oğlunun adı keçən kütləvi dava ilə bağlı 13 nəfər həbs edildi - RƏSMİ
-
ABŞ08:12ABŞ İran yaxınlığında hərbi fəallığını artırdı - Son bir həftədə nələr dəyişdi?
-
İdman07:55“Qızıl top”un qalibləri kimlər oldu? - Siyahı|Yeniləndi
-
Ekopublika.az05:45Bakının bu ərazilərində ucuz mənzillər satılır - Video
-
Qoroskop02:19Günün ulduz falı: İş yükü sizdə zehni gərginlik yaradacaq


















.jpg)


















