Gözəllik
Dərini təmizləyən qış maskası
Qara çay və onun faydaları uzun illərdir ki, mütəxəssislər tərəfindən sübut olunub. Qara çay dəri baxımı və hətta saç baxımında da istifadə edilir.
Publika.az dərini təravətləndirən qara çay maskasını təqdim edir:
Müasir qadınlar gözəlliyini və gəncliyini təbii vasitələrin və bitkilərin köməyilə qoruyub saxlamağa çalışır. Qara çay hər kəsin evində olduğu üçün bu baxımdan çox əlverişlidir.
Qara çay pilinqi dərini ölü hüceyrələrdən təmizləyir, çirklə dolmuş məsamələri təmizləyir və dərinin yenilənməsinə yardım edir.
Pilinq etmək üçün bahalı gözəllik mərkəzinə getmək məcburiyyətində deyilsiniz. Evdə olan ərzaqlardan dərinizə uyğun olanı seçib istifadə edərək pilinqi özünüz də hazırlaya bilərsiniz.
Qara çay B2 vitamini, C və E vitamini, maqnezium, kalium, sink və kofein ehtiva etdiyi üçün dəri ağardıcı təsirə malikdir. Bir sözlə, bu pilinqi tətbiq etməklə qara nöqtə, sızanaq və dəri ləkələrindən qurtulub, yenidən parlaq və sağlam bir dəriyə qovuşacaqsınız.
Qara çay maskası üçün lazımi ərzaqlar:
1 yemək qaşığı qara çay,
1/4 stəkan qaynar su,
1 xörək qaşığı bal
1 çay qaşığı limon suyu
Hazırlanması:
Əvvəl isti suyu çayın üzərinə tökün və 2-3 dəqiqə dəm almasını gözləyin. Sonra suyunu başqa bir qaba tökün. Çay dənələrinin içinə balı və limonu əlavə edin və qarışdırın.
Bir az duru olduğu üçün, üzünüzə tətbiq etməzdən əvvəl diqqətli olun. Gözləri çıxmaq şərtilə bütün üzə çəkin. Kənarda qalmış çay suyunu gözlərə kompres etmək olar. Bununla həm göz ətrafındakı dərini yeniləyəcəksiniz, həm də göz ətrafı şişləri aradan qaldırmış olacaqsınız. Üzdə 5 dəqiqə saxladıqdan sonra dairəvi hərəkətlərlə masaj edərək maskanı təmizləməyə başlayın və ilıq su ilə yuyun. Üzünüzü yuduqdan sonra nəmləndirici krem çəkməyi də unutmayın.
Aytən
-
Avropa09:27II Albertin əmisi oğlu parkda ölü tapıldı
-
Nida Xəbər 09:15Deputatın oğlunun adı keçən kütləvi dava ilə bağlı 13 nəfər həbs edildi - RƏSMİ
-
ABŞ08:12ABŞ İran yaxınlığında hərbi fəallığını artırdı - Son bir həftədə nələr dəyişdi?
-
İdman07:55“Qızıl top”un qalibləri kimlər oldu? - Siyahı|Yeniləndi
-
Ekopublika.az05:45Bakının bu ərazilərində ucuz mənzillər satılır - Video
-
Qoroskop02:19Günün ulduz falı: İş yükü sizdə zehni gərginlik yaradacaq
-
Nida Xəbər 01:40Azərbaycanın “arzuolunmaz şəxs” elan etdiyi Türkiyə vətəndaşı İstanbulda saxlanıldı
-
Nida Xəbər 26 Oktyabr 21:51“Qardaşlığımıza dinamit qoymaq istəyənlərin qarşısında birlikdə dayanacağıq” - Ərdoğandan sərt mesaj




































