Gözəllik
“Dünyanı gözəllik xilas edəcək" – FOTOLAR
Ukraynalı ifaçı Vera Brejneva dünyanı yalnız gözəlliyin xilas edə biləcəyinə əmindir. O, bu sözləri “Tatler” jurnalına verdiyi müsahibədə deyib.
Publika.az xarici mətbuata istinadən müğənninin gözəllik sirlərini təqdim edir:
Dəriyə qulluq: Gərginlik və stress, uçuşlar, suyun dəyişməsi dərinin vəziyyətinə təsir göstərir. Dəri yaxşı vəziyyətdə olsa da, yaşla əlaqədar olaraq, həm də xarici amillərin təsiri ilə getdikcə həssaslaşır. Uzun səfərlərdən sonra dərimi papaya maskası ilə təmizləyirəm. Təbii ki, konsertdən sonra nəmləndirici kremlər də dərimi xilas edir. Daha sonra qaymaq geli ilə yuyunuram. Sonra isə “Ericson Laboratoire” toniki istifadə edirəm. Səhərlər liftin effektli, axşamlar isə oksigenli variantını tətbiq edirəm.
Saçlara qulluq: CHI mütəxəssisləri ilə NASA ekspertləri birgə 44-cü elementi yaradıblar. Bu element mənim ən sevdiyim saçlara həcm verən şampunun da tərkibinə daxil olub. Saçımın solğun olmasına dözə bilmirəm. Mən daxilən vəhşi qızam, onların hər zaman həcmli və yumşaq olmasını istəyirəm. Mütəmadi olaraq, şəfalı təbii yağlardan və təbii bitkilərdən hazırlanan maskalardan da istifadə edirəm.
Makiyaj: Çıxışlarım zamanı makiyajımı və saç düzümünü ancaq özüm edirəm. İstəyirsiniz inanın, istəyirsiniz, yox! Makiyaj çantamda “Giorgio Armani - Designer Lift -” tonal kremi və “Make Up For Ever” kirşanı var. Səhnədə rəqs edəndə tərləyirəm, bu səbəbdən, mütləq suyadavamlı tuş istifadə edirəm. Dodaq parladıcısını sevmirəm, çünki saçım dodaqlarıma yapışır. Çox ətir sevən də deyiləm. Məndə çox həssas iybilmə qabiliyyəti var.
İdman: Həftədə ən azı 3, ən yaxşı halda, 5 dəfə idmanla məşğul oluram. Təmiz havada idmanla məşğul olmaq tamam başqa aləmdir. İdman hərəkətlərimi çəkib “Vera Brejneva: gözəllik sirləri” “Youtube” kanalıma yerləşdirirəm. Videoları 1 milyondan çox adam izləyir. Lakin bu mənim pərəstişkarlarıma azlıq elədi. Ona görə, “Instagram”da da bloq açdım.
Aytən
-
Avropa09:27II Albertin əmisi oğlu parkda ölü tapıldı
-
Nida Xəbər 09:15Deputatın oğlunun adı keçən kütləvi dava ilə bağlı 13 nəfər həbs edildi - RƏSMİ
-
ABŞ08:12ABŞ İran yaxınlığında hərbi fəallığını artırdı - Son bir həftədə nələr dəyişdi?
-
İdman07:55“Qızıl top”un qalibləri kimlər oldu? - Siyahı|Yeniləndi
-
Ekopublika.az05:45Bakının bu ərazilərində ucuz mənzillər satılır - Video
-
Qoroskop02:19Günün ulduz falı: İş yükü sizdə zehni gərginlik yaradacaq
-
Nida Xəbər 01:40Azərbaycanın “arzuolunmaz şəxs” elan etdiyi Türkiyə vətəndaşı İstanbulda saxlanıldı
-
Nida Xəbər 26 Oktyabr 21:51“Qardaşlığımıza dinamit qoymaq istəyənlərin qarşısında birlikdə dayanacağıq” - Ərdoğandan sərt mesaj




































