Gözəllik
2016-cı ilin gözəllik trendi: atquyruğu saçlar - FOTOLAR
İş yerində geyim-kecimlə birlikdə saçların da necə göründüyü çox önəmlidir. İş xanımlarına ən uyğun saç modelləri toppuz, atquyruğu və hörüklü saçlardır. Açıq saçlar diqqəti dağıtdığı üçün tövsiyə olunmur.
Atquyruğu formasında yığılan saçlar klassik görünə bilər, ancaq iş qadını üçün bu modeldən uğurlu seçim ola bilməz. Geyimə uyğun olaraq saçınızı at quyruğu yığıb gün ərzində açıq saçlarla gəzməkdən xilas ola bilərsiniz.
Dəb mütəxəssisləri bildirirlər ki, atquyruğu universal saç düzümüdür. Çünki bu cür saçla istənilən məkana yollana bilərsiniz. Üstəlik, rahat yığıldığı üçün ən optimal variantdır. Onu da unutmayın ki, atquyruğu ən rahat və universal saç modeli olduğu üçün heç vaxt dəbdən düşmür. Düzdür, atquyruğu modelinin yüzlərlə versiyası var. Lakin siz öz fantaziya və zövqünüzə olan modeli sınaqdan keçirməyə qorxmayın.
Publika.az bu yazıda bir çox dünya ulduzlarından örnəklər toplayıb.
Bəziləri dağınıq atquyruğu modelinə üstünlük verdiyi halda, digərləri tarım və sıx toplanmış atquyruğu modelini seçir. Ən dəbli variant isə dalğalı saçlardır. Saç uclarına fenlə yüngül dalğalar verməklə dəbli görünüş qazanmaq öz əlinizdədir.
Saçların lentlərlə oyunu da çox estetik alınır. Ən qeyri-adi formatı isə lap yuxarıda yığılmış yüksək atquyruğu modelləridir. Belə variantı Rihanna, Beyons və Cennifer Lopez çox sevir.
Bleyk Layvli, Keyt Middlton, Kara Delevin, Nikol Kidman, Riz Uizerspun isə üstünlüyü romantik modellərə verir.
Aytən
-
Avropa09:27II Albertin əmisi oğlu parkda ölü tapıldı
-
Nida Xəbər 09:15Deputatın oğlunun adı keçən kütləvi dava ilə bağlı 13 nəfər həbs edildi - RƏSMİ
-
ABŞ08:12ABŞ İran yaxınlığında hərbi fəallığını artırdı - Son bir həftədə nələr dəyişdi?
-
İdman07:55“Qızıl top”un qalibləri kimlər oldu? - Siyahı|Yeniləndi
-
Ekopublika.az05:45Bakının bu ərazilərində ucuz mənzillər satılır - Video
-
Qoroskop02:19Günün ulduz falı: İş yükü sizdə zehni gərginlik yaradacaq
-
Nida Xəbər 01:40Azərbaycanın “arzuolunmaz şəxs” elan etdiyi Türkiyə vətəndaşı İstanbulda saxlanıldı
-
Nida Xəbər 26 Oktyabr 21:51“Qardaşlığımıza dinamit qoymaq istəyənlərin qarşısında birlikdə dayanacağıq” - Ərdoğandan sərt mesaj




































