Gözəllik
Şokolad ye, arıqla!
Pəhriz saxlayarkən sevdiyiniz qidalardan məhrum qalmaq istəmirsinizsə, şokolad pəhrizinə başlayın. Bu pəhriz sayəsində həm hər gün şokolad yeyə biləcək, həm də arıqlayıb gözəl görünəcəksiniz.
Əvvəlcədən qeyd edək ki, pəhriz müddətində hər səhər oyanan kimi otaq temperaturunda olan 2 stəkan su içməlisiniz. Həmçinin hər gecə, yatmazdan öncə 1 stəkan su ilə 1 çay qaşığı alma sirkəsini qarışdırıb içsəniz, pəhrizin təsiri artacaq.
Publika.az bu pəhrizə uyğun gündəlik qida rasionunu təqdim edir.
Birinci gün
Səhər yeməyi:
1 dilim pendir, istədiyiniz qədər pomidor, xiyar və göyərti, həmçinin 2 dilim bütöv dənli buğdadan hazırlanan çörək.
Ara öyün:
Bitki çayı (çubuq darçınla çaya dad qata bilərsiniz)
Günorta yeməyi:
Yunan qabağı ilə hazırlanan yemək, 5 xörək qaşığı qatıq, 1 kasa şorba
Qəlyanaltı:
2 ədəd fındıqlı, şokoladlı qurabiye
Axşam yeməyi:
10 xörək qaşığı ətli lobya yeməyi, 1 kasa qatıq.
2 saat sonra:
Bitki çayı (çubuk darçın ilə dadlandıra bilərsiniz)
İkinci gün
Səhər yeməyi:
2 ədəd yumurtanın ağı və ya 1 ədəd yumurtadan hazırlanan qayğanaq (zövqə görə, qayğanağa pul bibər, cəfəri və şüyüd əlavə edə bilərsiniz). Həmçinin pomidor, xiyar və göyərtidən hazırlanan sadə salat, 1 dilim bütöv dənli taxıldan hazırlanan çovdar çörəyi.
Ara öyün:
200 ml. sadə prebiotik qatıq
Günorta yeməyi:
10 xörək qaşığı suda bişirilmiş qarabaşaq və ya eyni miqdarda mərci salatı. Həm qarabaşağı, həm də mərci salatını 1 çay qaşığı zeytun yağlı, limon şirəsi və sirkə ilə dadlandıra bilərsiniz.
Qəlyanaltı:
4 parça 70 faiz kakaolu şokolad. Şokoladın yanında yaşıl çay içə bilərsiniz.
Axşam yeməyi:
4 ədəd sobada bişmiş kotlet, sadə salat.
Üçüncü gün
Səhər yeməyi:
200 ml. sadə prebiotik qatıq, 5 ədəd göyəm, 2 xörək qaşığı yulaf əzməsi.
Ara öyün:
1 dilim pendir, 1 dilim çörək, 3 ədəd zeytun.
Günorta yeməyi:
Sobada bişmiş balıq (200 qram), 1 çay qaşığı zeytun yağı əlavə edilmiş közdə bişmiş badımcan salatı, 1 dilim çörək.
Qəlyanaltı
1 dilim şokoladlı keks
Axşam yeməyi:
12 xörək qaşığı zeytun yağı ilə bişirilmiş tərəvəz xörəyi, 1 kasa az yağlı qatıq.
Ləman Sultan
-
Avropa09:27II Albertin əmisi oğlu parkda ölü tapıldı
-
Nida Xəbər 09:15Deputatın oğlunun adı keçən kütləvi dava ilə bağlı 13 nəfər həbs edildi - RƏSMİ
-
ABŞ08:12ABŞ İran yaxınlığında hərbi fəallığını artırdı - Son bir həftədə nələr dəyişdi?
-
İdman07:55“Qızıl top”un qalibləri kimlər oldu? - Siyahı|Yeniləndi
-
Ekopublika.az05:45Bakının bu ərazilərində ucuz mənzillər satılır - Video
-
Qoroskop02:19Günün ulduz falı: İş yükü sizdə zehni gərginlik yaradacaq
-
Nida Xəbər 01:40Azərbaycanın “arzuolunmaz şəxs” elan etdiyi Türkiyə vətəndaşı İstanbulda saxlanıldı
-
Nida Xəbər 26 Oktyabr 21:51“Qardaşlığımıza dinamit qoymaq istəyənlərin qarşısında birlikdə dayanacağıq” - Ərdoğandan sərt mesaj




































