Gözəllik
Fındıq, kivi və ispanaqla qüsursuz dəri…
Qış mövsümündə soyuq hava, külək və uzun müddət qapalı məkanlarda qalmaq dərimizi korlayır. Ancaq bu o demək deyil ki, gözəl görünmək üçün baharı gözləməliyik. Əksinə, qış aylarında dəri qulluğuna daha çox vaxt ayırmalıyıq.
Publika.az qış fəslində dərini gözəlləşdirməyin üsullarını təqdim edir:
Dəri gözəlliyi üçün ən önəmli vasitələrdən biri C vitaminidir. C vitamini dərini gəncləşdirməklə yanaşı, nəmləndirir və parıltı verir. Kivi, cəfəri, portağal, naringi, qreypfrut və brokkoli yeyərək orqanizminizi C vitamini ilə təmin edə bilərsiniz. C vitamini hər gün qəbul edilməlidir. Odur ki, sadaladığımız qidalardan ən az ikisini menyunuza daxil etməlisiniz.
Qeyd edək ki, 100 qram kivi gündəlik C vitamini ehtiyacını tamamilə ödəyir.
A vitamini də dəri üçün çox faydalıdır. Çünku bu vitamin dərinin nəm balansını tarazlaşdırır. Kök, ispanaq, bibər, brokkoli, kələm, göyərtilər, naringi, portağal və qayısı A vitamini ilə zəngindir. Yumurta, süd, kərəyağı, qaraciyər və pendir də A vitamini ehtiva edən qidalardır. Gündə yarım kasa ispanaq gündəlik A vitamini ehtiyacınızı tamamilə təmin edəcək.
E vitamini isə antioksidant xüsusiyyətinə görə digər vitaminlərdən daha effektlidir. Dəri hüceyrələrini yeniləyir, dərinin yaşlanma sürətini azaldır. Taxıl növləri, fındıq, qoz, balqabaq tumu, yumurtanın sarısı, zeytun yağı, balıq yağı, pomidor, kartof, kələm və kahı E vitamini baxımından zəngindir. Bir ovuc fındıq və ya 4-5 ədəd qoz gündəlik E vitamini ehtiyacını ödəyir.
Bunlardan yeyərək nəinki sağlamlığınızın, həm də gözəlliyinizin qayğısına qala bilərsiniz.
Ləman Sultan
-
Avropa09:27II Albertin əmisi oğlu parkda ölü tapıldı
-
Nida Xəbər 09:15Deputatın oğlunun adı keçən kütləvi dava ilə bağlı 13 nəfər həbs edildi - RƏSMİ
-
ABŞ08:12ABŞ İran yaxınlığında hərbi fəallığını artırdı - Son bir həftədə nələr dəyişdi?
-
İdman07:55“Qızıl top”un qalibləri kimlər oldu? - Siyahı|Yeniləndi
-
Ekopublika.az05:45Bakının bu ərazilərində ucuz mənzillər satılır - Video
-
Qoroskop02:19Günün ulduz falı: İş yükü sizdə zehni gərginlik yaradacaq
-
Nida Xəbər 01:40Azərbaycanın “arzuolunmaz şəxs” elan etdiyi Türkiyə vətəndaşı İstanbulda saxlanıldı
-
Nida Xəbər 26 Oktyabr 21:51“Qardaşlığımıza dinamit qoymaq istəyənlərin qarşısında birlikdə dayanacağıq” - Ərdoğandan sərt mesaj




































