Gözəllik
Bunları yeyənin buxağı olmur - SİYAHI
Buxağın sallanması təkcə kök insanların problemi deyil. Hətta arıqlar da bundan əziyyət çəkə bilirlər. Sallanmış buxağı aradan qaldıran bir çox bahalı gözəllik prosedurası mövcuddur. Ancaq türkiyəli diyetoloq Kübra Bal mətbəxinizdəki qidalarla da bu xoşagəlməz haldan xilas ola biləcəyinizi bildirir.
Publika.az diyetoloqun məsləhətlərini təqdim edir:
Mütəmadi olaraq telefona baxmaq, siqaret və içki aludəçiliyi, “fast-food” tərzi qidalar buxağın sallanmasına gətirib çıxarır. Aşağıdakı qidalar isə bu vəziyyətin qarşısını alan ən təsirli vasitələr hesab olunur:
Zeytun yağı
Fransada 1264 qadın, 1655 kişinin iştirak etdiyi araşdırma sübut edib ki, zeytun yağı dərini gözəlləşdirir və elastikliyini artırır. Elastikliyini itirməyən dəridə isə sallanma müşahidə edilə bilməz. Odur ki, yeməklərə, salatlara zeytun yağı əlavə etməyi unutmayın!
Qırmızı təzə bibər
Ehtiva etdiyi C vitamini sayəsində dəridəki kollagen miqdarını artırır. Həm dəri sallanmasının, həm də qırışların qarşısını alır. Brokkoli və brüksel kələmi də, eynilə qırmızı bibər kimi təsir göstərir.
Qızıl balıq
Qızıl balığın tərkibindəki omeqa 3 yağ turşuları siqaret, içki və ətraf mühitin dəriyə verdiyi zərəri azaldır. Həftənin ən az bir günü buğda bişmiş qızıl balıq yemək lazımdır.
Kətan toxumu yağı
Yüksək miqdarda doymamış yağ turşuları ehtiva edən kətan toxumu yağı buxaq sallanmasının qarşısını alan təsirli vasitələrdəndir. Gündə 1 qram kətan toxumu yağı qəbul etdikdə dərinin nəm balansı qorunur, dəri daha elastik və parlaq görünür. Kətan toxumu yağını salatlara əlavə edə və ya qatıqla qarışdırıb qəbul edə bilərsiniz.
Günəbaxan tumu və ya yağı
Günəbaxan tumunun ehtiva etdiyi E vitamini ən güclü antioksidantlardan biridir. Günəbaxan tumundan və ya yağından faydalanaraq dəri xərçəngindən müdafiə oluna bilərsiniz. Günəbaxan sayəsində dəriniz də daha hamar və parlaq görünəcək.
Ləman Sultan
-
Hadisə14:16Əsgərin həyatını xilas edən hərbçimiz həlak oldu - FOTO
-
Ekologiya13:20Dolu düşəcək, sulu qar yağacaq - Hava proqnozu
-
ABŞ12:25Mask Avropa İttifaqını saxta təşkilat adlandırdı
-
MDB11:154 polisi və özünü qumbara ilə belə partlatdı - VİDEO
-
Art10:49Şükür ki, bu arzu gerçəyə çevrildi... - Elxan Cəfərov
-
Hadisə10:01DSX əməliyyat keçirdi - Əfqanıstan vətəndaşları saxlanılıb
-
İdman09:43“Qarabağ”ın yarımmüdafiəçisi oynadı?
-
Sosial08:45Bakıda yeni söküntülər və abadlıq layihələri - Hansı ərazilər dəyişəcək?

















.jpg)




















