Gözəllik
Şakira saçlarının gözəl görünməsi üçün nə edir?
Şakira illərdir ki, gözəl səsi, bədən quruluşu və gur saçları ilə pərəstişkarlarını valeh edir. Qeyd edək ki, 39 yaşlı müğənni Hollivudda ən gözəl saçlara sahib olan müğənnilər siyahısındadır.
Bəs müğənni saçının gözəl və qalın olması üçün nə edir?
Publika.az bu yazıda oxucuları müğənninin saçına qulluq qaydaları ilə tanış edib.
Qalın və sağlam saçlar istənilən qızlar üçün vacibdir, onlar qadını gözəl göstərən ən vacib detaldır.
Təəssüf ki, tez-tez saç boyamaq, isti fen, qeyri-düzgün qidalanma saçlara mənfi təsir edir. Şakiranın saçı isə səhnəyə çıxdığı vaxtlardan bu günə qədər öz sağlamlığını itirməyib.
Ulduzun saçı dalğalıdır. Bu cür saç tipi xüsusi qulluq tələb edir. Bütün çətinliklərə baxmayaraq, ulduz təbii dalğalı saçını qoruya bilib.
Şakiranın dediyinə görə, onun saçının gözəlliyinin əsas sirri təbii bitki yağlarıdır. O, hər dəfə saçını yumazdan qabaq təbii yağ maskalarından istifadə edir. Bitki yağlarını saçının uclarına çəkib 20-30 dəqiqə saxlayır. Vaxtı olmayanda yağı saçda 5 dəqiqə saxlayır. O, bildirir ki, ən əsası, bunu mütəmadi etməkdir. Şakira iddia edir ki, yağlardan daimi istifadə etdikdən artıq bir həftə sonra istənilən nəticəni görmək olar.
Qeyd edək ki, müğənni saçı üçün üzüm çəyirdəyi, avokado, hindqozu və buğda toxumları yağından istifadə edir. Maraqlıdır ki, müğənni təbii bitki yağlarının hazır maskalardan daha effektli olduğunu düşünür. Hərçənd, Şakira saçının daha sağlam olması üçün peşəkar trixoloqlara müraciət edir. Bundan başqa, ulduz günəş altına çıxanda onun zərərli təsirindən qorunmaq saçına SPF tərkibli xüsusi sprey vurur.
Onun sözlərinə görə, Şakira həftədə 2 dəfə saçına tam istirahət verir, onları daramır. Sadəcə, təbii yolla qurudur.
Saçının sürətli uzanması üçün ulduz saçı açıq yatır. Şakiranın fikrincə, saç köklərinin normal fəaliyyət göstərməsi üçün saçı sıx yığmaq olmaz, onlara bir qədər sərbəstlik vermək lazımdır. Əgər sizin belə dalğalı saçlarınız varsa, onlara bəsləyici proseduralar edin.
Aytən
-
Sağlamlıq01:11C vitamini ilə bağlı mif dağıldı - Soyuqdəyməyə qarşı kömək etmir, əksinə..
-
Magazin100:15Könül Kərimovanın qızı boşandı
-
Qoroskop00:00Günün ULDUZ FALI - Bu, münasibətinizi daha da gücləndirəcək
-
Magazin229 Avqust 23:36Cem Yılmaz xəstəxanaya yerləşdirildi
-
ABŞ29 Avqust 23:00Tramp CNN telekanalı ilə bağlı elə sözlər dedi ki...
-
MDB29 Avqust 22:24Qadın liftdə uşaq dünyaya gətirdi
-
Sağlamlıq29 Avqust 22:12Mədə şişkinliyinə qarşı bunları edin
-
İnanc29 Avqust 21:12Azərbaycandakı yəhudi icmaları ittihamlara belə cavab verdi























.webp)
.png)









.jpg)
.jpg)