Gözəllik
Sevgililər günü üçün romantik saç düzümləri – FOTO/VIDEO
Zərif cinsin nümayəndələri sevgililər gününə indidən hazırlıq görməyə başlayır, orijinal hədiyyə axtarışına çıxır. Bundan başqa, bütün qadınlar bu özəl gündə qəlbini oğurlayan kişinin gözündə füsunkar görünməyə çalışır.
Sevgililər günündə qadının gözəl görünməsində saç düzümü böyük rol oynayır.
Publika.az xəbər verir ki, stilistlər bu özəl gün üçün romantik saç düzümləri yığmağı məsləhət görür. Axı 14 fevral sevgi - məhəbbət günüdür...
Əfsanəvi aktrisa Sofi Loren də saç düzümünün vacibliyini belə ifadə edib: "Saç düzümü günün necə keçməsinə, ümumilikdə, isə həyatın gedişinə təsir göstərir”. Qısası, uğurlu seçilmiş saç düzümü həmin günün necə keçməsinə əhəmiyyətli dərəcədə təsir göstərir.
Uzun və düz saçlar istənilən mərasim üçün uyğundur. Amma yəqin ki, sevgiliniz sizi bu saç stilində çox görüb. Bu səbəbdən, 14 fevral üçün daha fərqli düzümlərə müraciət etmək doğru olardı. Məsələn, hörüklər romantik üsluba aid olmaqla yanaşı, kişilərin də çox xoşuna gəlir. Bu saç stilinin nənələrə aid olduğunu düşünürsünüzsə, yanılırsınız. Çünki müasir dövrdə hörüklərin mindən çox versiyası var. İnternetdə hörüklərin bir neçə maraqlı variantlarını asanlıqla tapmaq olar. Əgər hörüklər ürəyinizcə deyilsə, müxtəlif saç akesssuarları, lentlər və güllərin köməyilə saçlara romantik hava vermək olar.
Saçlarınız istənilən uzunluqda və hörüklər üçün münasib deyilsə, buruq saç stilinə müraciət edin və saç bəzəklərindən yararlanın.
Sirr deyil ki, tanınmış aktrisa və müğənnilər zahiri görkəmi ilə kişiləri heyran edir. 14 fevral üçün orijinal ideyalar atxarırsınızsa, ekranlarda gördüyünüz və sizə yaraşan obrazları sınadan keçirməkdən qorxmayın. Bu, sizin sevgiliniz üçün də xoş sürpriz olar.
14 fevral romantik deyil, seksual görünmək istəyənlərə stilislər saçını toppuz və ya at quyruğu yığmağı tövsiyə edir. Bu saç düzümü həm asanlıqla yığılır, həm də rezinlə sıx toplandığı üçün gün ərzində onun dağılmasından narahatlıq keçirməyəcəksiniz.
Aytən
-
Sağlamlıq01:11C vitamini ilə bağlı mif dağıldı - Soyuqdəyməyə qarşı kömək etmir, əksinə..
-
Magazin100:15Könül Kərimovanın qızı boşandı
-
Qoroskop00:00Günün ULDUZ FALI - Bu, münasibətinizi daha da gücləndirəcək
-
Magazin229 Avqust 23:36Cem Yılmaz xəstəxanaya yerləşdirildi
-
ABŞ29 Avqust 23:00Tramp CNN telekanalı ilə bağlı elə sözlər dedi ki...
-
MDB29 Avqust 22:24Qadın liftdə uşaq dünyaya gətirdi
-
Sağlamlıq29 Avqust 22:12Mədə şişkinliyinə qarşı bunları edin
-
İnanc29 Avqust 21:12Azərbaycandakı yəhudi icmaları ittihamlara belə cavab verdi























.webp)
.png)









.jpg)
.jpg)