Gözəllik
Ananasın gözəlliyə 8 faydası
Sağlamlıq üçün faydalı olan ananasdan gözəlləşmək məqsədilə də istifadə edə bilərsiniz.
Publika.az bu meyvənin gözəlliyə faydalarını təqdim edir:
Saç köklərini möhkəmləndirir
Mütəmadi olaraq, həftədə ən az 3 dəfə ananas yesəniz, saçlarınız tökülməyəcək. Çünki saçlar kökündən qidalanacaq. Beləliklə, saç tökülməsi problemi aradan qalxacaq. Antioksidantlar və C vitamini baxımından zəngin olan ananas saçların daha elastik, saç tellərinin isə qalın olmasını təmin edir.
Dişləri ağardır
Tərkibindəki C vitamini sayəsində diş və diş ətlərini qoruyur.
Dişləri ağardır, həmçinin kariyesdən müdafiə edir.
Ölü hüceyrələri təmizləyir
Sözügedən meyvə dəri üçün ən yaxşı skrab hesab edilə bilər. Ananası əzin və üzünüzü onunla ovub soyuq su ilə təmizləyin. Beləliklə, dəriniz ölü hüceyrələrdən xilas olacaq. Həmçinin, üz nahiyəsindəki qan dövranı sürətlənəcəyi üçün dəri daha parlaq və sağlam görünəcək.
Şiş və qırışları yox edir
Ananası əzib üzünüzə çəkin və 10 dəqiqə gözlədikdən sonra dərinizi soyuq su ilə təmizləyin. Bu prosedura dərinizi sızanaq, ləkə, şiş, qızartı kimi problemlərdən xilas etməklə yanaşı, qırışların açılmasına da kömək edəcək.
Qara nöqtələrlə mübarizə aparır
Pambığı təbii ananas şirəsinə bulayıb qara nöqtələrin olduğu bölgələrə çəkin. Bunu 1 həftə ərzində hər gün təkrarlayın.
Dodaqlara yumşaqlıq bəxş edir
Bir miqdar ananasla dodaqları masaj edin. Ananasın tərkibindəki turşular dodaqlardakı ölü dəri hüceyrələrini təmizləyəcək və daha yumşaq, dolğun görünməyini təmin edəcək.
Dırnaqların qırılmasının qarşısını alır
Dırnaqlarınız tez-tez qırılır? Onda mütləq ananasdan faydalanmalısınız. Ananas yemək orqanizmi bütün vitamin və minerallarla təmin etdiyi üçün dırnaqların möhkəmlənməsinə səbəb olur.
Ləman Sultan
-
Sağlamlıq01:11C vitamini ilə bağlı mif dağıldı - Soyuqdəyməyə qarşı kömək etmir, əksinə..
-
Magazin100:15Könül Kərimovanın qızı boşandı
-
Qoroskop00:00Günün ULDUZ FALI - Bu, münasibətinizi daha da gücləndirəcək
-
Magazin229 Avqust 23:36Cem Yılmaz xəstəxanaya yerləşdirildi
-
ABŞ29 Avqust 23:00Tramp CNN telekanalı ilə bağlı elə sözlər dedi ki...
-
MDB29 Avqust 22:24Qadın liftdə uşaq dünyaya gətirdi
-
Sağlamlıq29 Avqust 22:12Mədə şişkinliyinə qarşı bunları edin
-
İnanc29 Avqust 21:12Azərbaycandakı yəhudi icmaları ittihamlara belə cavab verdi























.webp)
.png)









.jpg)
.jpg)