Gözəllik
Seçdiyiniz dırnaq boyasının rəngi nəyi bildirir? - FOTOLAR
Görəsən, dırnaq boyası rəngləri əhval-ruhiyyəni izah edə bilər?
Dırnaq boyasını bəzən paltara, bəzən də aksessuarlara uyğun seçirik. Bəzən də getdiyimiz yerdən və geyimdən asılı olmayaraq, sevdiyimiz rəngi seçirik.
Publika.az xəbər verir ki, seçdiyimiz rənglər haqqımızda bir çox məsələ barədə məlumat ötürə bilir
Qırmızı dırnaq boyası: Qırmızı ehtirası və şəhvəti bildirir. Qırmızı dırnaq boyasını seçən qadınlar nə istədiyini yaxşı bilir, güclü və özünə inamlı olur. Sadə və tək rəng paltarı vurğulamaq üçün qırmızı əla ideyadır.
Qara dırnaq boyası: Gücü, zadəganlığı və ləyaqəti bildirən qara dırnaq boyası seçən xanımlar müəmmalı olmağı sevir. Daim qara dırnaq boyasına üstünlük verənlərin barışmazlıq və hədsiz hərislik kimi mənfi cəhətləri də olur.
Ağ dırnaq boyası: Ağ rəngə üstünlük verənlərin sabit, etibarlı dost olduqları deyilir. Bundan başqa, ağ lakın əlləri daha gənc göstərdiyi də bildirilir.
Əlvan dırnaq boyası: Əlvan rəngləri çox az adam seçir. Bu rənglərə üstünlük verənlər bir qayda olaraq, əyləncəli, çılğın tiplərdir. Yenilikləri sevdikləri üçün ətrafdakıları həmişə təəccübləndirirlər.
Mavi dırnaq boyası: Bu mövsüm göz makiyajında mavi qələm və göz kölgələrinin trend olacağı deyilir. Bu rəngə üstünlük verən insanların qorxusuz, özünəməxsus, azad ruhlu olduğu deyilir.
Çəhrayı dırnaq boyası: Psixoloqların qənaətinə gözə, çəhrayı dırnaq boyası seçənlər bir az ərköyün, özündənrazı və əyləncəli olurlar.
Pastel rəngli laklar: Sakit, romantik, sadəlövh və risksiz həyatı seçirlər. Bu dırnaq boyasını sevən insanlar nə istədiyini yaxşı bilir. Onlar etibarlı dostdur. Təbiilik tərəfdarıdırlar.
Zoğalı dırnaq boyası: Qara kimi zoğalı dırnaq boyalarını seçən insanlar da müəmmalı olmağı xoşlayı. Qapalı və daha duyğusaldılar.
Aytən
-
Sağlamlıq01:11C vitamini ilə bağlı mif dağıldı - Soyuqdəyməyə qarşı kömək etmir, əksinə..
-
Magazin100:15Könül Kərimovanın qızı boşandı
-
Qoroskop00:00Günün ULDUZ FALI - Bu, münasibətinizi daha da gücləndirəcək
-
Magazin229 Avqust 23:36Cem Yılmaz xəstəxanaya yerləşdirildi
-
ABŞ29 Avqust 23:00Tramp CNN telekanalı ilə bağlı elə sözlər dedi ki...
-
MDB29 Avqust 22:24Qadın liftdə uşaq dünyaya gətirdi
-
Sağlamlıq29 Avqust 22:12Mədə şişkinliyinə qarşı bunları edin
-
İnanc29 Avqust 21:12Azərbaycandakı yəhudi icmaları ittihamlara belə cavab verdi























.webp)
.png)









.jpg)
.jpg)