Gözəllik
Saç düzümünüz sizin haqqınızda nə deyir?
Psixoloqlar hesab edir ki, insanın zahiri görkəmi onun haqqında çox şey deyə bilər. Bura saç düzümü də daxildir.
Publika.az bu yazıda hansı saç düzümünün nə ifadə etdiyindən bəhs edib.
1. Siz romantik insan kimi yeni bilik və təəssüratlara həmişə hazırsınız. İnsanlarda yalnız müsbət tərəflər axtarırsınız, ona görə də, ətrafdakılar sizi tez-tez məyus edir.

2. Özünə inamlı qadınsınız, sizi hətta ən sərt tənqidlər də kompleksə salmır. Hər kəslə dostluq etməyə möhtac deyilsiniz, amma hamı sizi ən sadiq dost kimi tanıyır. Öz enerjinizlə ətrafdakıları coşdurmaqdan yorulmayın.

3. Zahirən elə görünür ki, çox məğrursunuz. Bu səbəbsiz deyil. Çünki cansıxıcı söhbətlərə məhəl qoymadan bütün məqsədlərə çatmağa can atırsınız. Siz hər şeyi özünüz qazanmağa vərdiş etmisiniz, başqalarının yardımına ehtiyacınız yoxdur.

4. Yad insanlar üçün siz bir qədər kobud insan təsiri bağışlasanız da, doğmalarınız üçün çox səmimi insansınız. Siz daim düzlük və ədalət uğrunda mübarizə aparırsınız.

5. Sizin zəngin daxili dünyanız yaradıcılıq eşqi ilə aşıb-daşır. Darıxdırıcı iş sizlik deyil. Siz yalnız incəsənətlə nəfəs alırsınız.

6. Dürüstlüyünüz sizə çox zaman mane olur. Buna baxmayaraq, tanımadığınız insanlara yardım etməyə həmişə hazırsınız.

7. Siz yaxşı dinləyici və müşahidəçisiniz. Hər bir xırda detala diqqət edirsiniz. Bu da ictimai lider olmağınıza kömək edir.

8. Çoxları sizin kimi sakit və mülayim insanın çox az olduğunu düşünür.

9. Nizam-intizama çox diqqət edirsiniz, eyni zamanda da, ciddi və məsuliyyətli insansınız.

10. Siz yaradıcı, intellektual və estet xanımsınız. Zövqsüzlüyə dözümsüzsünüz, ətrafınıza da özünüzə oxşayanları toplamağa çalışırsınız.

11. Fikir vermisinizsə, insanlar tez-tez ürəyini sizə açır. Sakit, tərbiyəli və məsum qıza kim etibar etməz ki?

12. Siz mütəşəkkil və müstəqilsiniz. Hər şeyin dəqiq və qaydasında olmasını istəyirsiniz. Bundan başqa, hər şeydə dəqiqliyi və sadəliyi qiymətləndirirsiniz.

13. Siz təbiətən nikbinsiniz! Hər dəqiqəni qiymətləndirir və heç bir anı boşuna yaşamırsınız. Güclü insansınız, sizi incitmək asan deyil.

14. Hər bir işdə əlverişli çıxış yolu axtarırsınız. Başqalarının həyatı sizə qətiyyən maraqlı deyil.

15. Siz yaradıcılığı və fikrə dalmağı sevsəniz də, bu, işlərinizə mane olmur.

16. Siz sakit, bəzən hətta soyuqqanlı olursunuz. Belə mərd xarakterli insana yalnız həsəd aparmaq olar!

17. Çox qətiyyətli xarakterə və heyrətamiz bacarığa maliksiniz. Qarşınıza qoyduğunuz məqsədlərə daim nail olursunuz.

Aytən
-
Region00:27Xameneinin müavini öldü
-
Dünya29 İyun 22:04İsrail Müdafiə Qüvvələri tam hazır vəziyyətdədir, zərbə üçün hədəflər var - Katz
-
Ekologiya29 İyun 19:40Avropadakı rekord istilər Azərbaycana da gələcək? - Açıqlama
-
Elm və təhsil29 İyun 18:40Şagirdlərin dərs və məşğələdə mobil telefondan istifadəsi qadağan edilir - Rəsmi
-
MDB29 İyun 17:30Rusiya Ermənistanı referendum keçirməyə çağırdı - Moskva nədən narahatdır?
-
Sosial29 İyun 16:38İyulda 42° isti olacaq - AYLIQ PROQNOZ
-
Dünya29 İyun 16:00Dünya mat qalıb: ABŞ “görüş olacaq”, İran “olmayacaq” deyir
-
MDB29 İyun 15:35Rusiya ilə Ukraynanın İstanbul razılaşmasını bu ölkələr pozub – Türkiyə hər şeyi açıqladı














.jpg)





















