Gözəllik
Podiumlarda nəzərə çarpan saç düzümləri – FOTOLAR
Bu il podiumlarda yeni saç kəsimləri diqqət çəkir. Ən məşhur moda evlərinin dəfilələrində modellər qeyri-adi, bir o qədər də maraqlı saç kəsimləri ilə ilin dəbini diktə edirlər. Bu saç kəsimləri yeni hesab edilsə də, əslində, keçmiş illərə damğa vurmuş saç modellərinin müasirləşdirilmiş variantıdır.
Publika.az ilin trendinə çevriləcək yeni saç modellərini təqdim edir:
Mikro kəkil
Məşhur film obrazı Matildanın saç kəsimi yenidən dəbə minir. Ancaq bu dəfə kəkil daha da qısalmış variantda təqdim edilir. Mikro kəkillər uzun saçlarla əla uyğunlaşır.
Dağınıq və qısa
Dəbdən düşmüş hesab edilən qısa və dağınıq saçlar yenidən aktuallaşır. Belə saça hər kəs müraciət edə bilər.
Həcmli saçlar
Həcmli saçlar hər zaman olduğu kimi yenə də aktuallığını qoruyur. Ancaq bu il həcm daha da artır. Vəhşi qadın obrazı yaratmaqdan çəkinməyin.
Kişisayağı Bob
Küt saç kəsimi dəbdən düşənə oxşamır. Bob saç kəsimi modanın son illər aktuallaşan “cinsiyyətsiz” axımına uyğunlaşır.
Uzun və qatlı
2016-cı il qısa saçların ili olacaq. Ancaq uzun saçlardan vaz keçmək istəməyənlər də dəblə ayaqlaşa biləcək. Bunun üçün ən uyğun model isə uzun və qatlı saçlardır.
Cəsarətli pəri
“Pixie” saç kəsimi daha iddialı hala gəlir. Pəri kimi görünməyin əsl zamanıdır!
Ləman Sultan
-
ABŞ08:12ABŞ İran yaxınlığında hərbi fəallığını artırdı - Son bir həftədə nələr dəyişdi?
-
İdman07:55“Qızıl top”un qalibləri kimlər oldu? - Siyahı|Yeniləndi
-
Ekopublika.az05:45Bakının bu ərazilərində ucuz mənzillər satılır - Video
-
Qoroskop02:19Günün ulduz falı: İş yükü sizdə zehni gərginlik yaradacaq
-
Nida Xəbər 01:40Azərbaycanın “arzuolunmaz şəxs” elan etdiyi Türkiyə vətəndaşı İstanbulda saxlanıldı
-
Nida Xəbər 26 Oktyabr 21:51“Qardaşlığımıza dinamit qoymaq istəyənlərin qarşısında birlikdə dayanacağıq” - Ərdoğandan sərt mesaj
-
Nida Xəbər 26 Oktyabr 19:00Bu işçilərin vəzifə maaşları təsdiqləndi - Cədvəl
-
Hadisə26 Oktyabr 18:40Bakıda deputatın oğlunun iştirak etdiyi qətllə bağlı daha iki nəfər həbs edildi - Yeniləndi


















.jpg)







.jpg)









