Gözəllik
Arıqlamaq istəyənlər üçün sadə və effektli məşq - FOTO
Bir çox üstünlüyünə görə, ip ən əlverişli idman alətidir. Birincisi, o, çox yer tutmur, ikincisi, iplə hər yerdə: həm evdə, həm idman zalında, həm də stadionda tullanmaq olar. Orta çəkili insan (70 kq) bir saat iplə məşq elədiyi zaman 720 kkal (1 dəqiqəyə 120-140 dəfə) itirmiş olur.
İplə tullanmaq bütün orqanizmə xeyir verən ən sadə məşqlərdən biri sayılır. Bu məşq dözümlüyü artırır, nəfəs və ürək-damar sistemini möhkəmləndirir, qaməti düzəldir, ayaq əzələlərini inkişaf etdirir. Bu hərəkət arıqlamaq istəyənlər üçün olduqca effektlidir. Belə ki, bu zaman bütün əzələlər işləyir.
Sizin ürək-damar sisteminizə göstərəcəyi təsirə görə iplə 10 dəqiqə məşq velosipedlə 6 dəqiqəyə 3 km qət etməyə, 12 dəqiqə üzməyə, 2 km qaçmağa bərabərdir. Yeri gəlmişkən, boksla məşğul olanlar daim iplə məşq edirlər.
Məşqçilər kompleks hərəkətlər yerinə yetirmək istəyənlərə də iplə tullanmağı tövsiyə edir. İplə məşqlər də öz növbəsində müxtəlif ola bilər. Ən sadəsi iki ayaqladır. Həmçinin, növbə ilə hər bir ayağa da düşmək olar. Bir ayaqla tullanmaq olar. İpi yalnız qabağa yox, arxaya da fırlatmaq olar.
Publika.az iplə idman növünə aid fotokollaj təqdim edir. Bu fotodakı hər bir hərəkətə bir dəqiqə ayırmaqla əzələləri gücləndirə, o cümlədən, artıq çəkidən qısa müddətdə xilas ola bilərsiniz.
Aytən
-
ABŞ08:12ABŞ İran yaxınlığında hərbi fəallığını artırdı - Son bir həftədə nələr dəyişdi?
-
İdman07:55“Qızıl top”un qalibləri kimlər oldu? - Siyahı|Yeniləndi
-
Ekopublika.az05:45Bakının bu ərazilərində ucuz mənzillər satılır - Video
-
Qoroskop02:19Günün ulduz falı: İş yükü sizdə zehni gərginlik yaradacaq
-
Nida Xəbər 01:40Azərbaycanın “arzuolunmaz şəxs” elan etdiyi Türkiyə vətəndaşı İstanbulda saxlanıldı
-
Nida Xəbər 26 Oktyabr 21:51“Qardaşlığımıza dinamit qoymaq istəyənlərin qarşısında birlikdə dayanacağıq” - Ərdoğandan sərt mesaj
-
Nida Xəbər 26 Oktyabr 19:00Bu işçilərin vəzifə maaşları təsdiqləndi - Cədvəl
-
Hadisə26 Oktyabr 18:40Bakıda deputatın oğlunun iştirak etdiyi qətllə bağlı daha iki nəfər həbs edildi - Yeniləndi


















.jpg)







.jpg)









