Gözəllik
Un maskaları ilə gözəlləşin!
Undan gözəllik məqsədilə istifadə edə biləcəyiniz ağlınıza gəlibmi?
Publika.az-ın təqdim etdiyi un maskaları ilə bütün gözəllik problemlərinizdən xilas ola bilərsiniz.
Mütəxəssislər bildirirlər ki, bütün un növləri - yəni, buğda, noxud, qarğıdalı, yaşıl noxud, yulaf, kətan və çovdar unundan hazırlanan maskalar dəri üçün faydalıdır.
Noxud unu
Noxud unu kaliumla zəngin olduğu üçün dərini gəncləşdirir. Antioksidant effekti ilə qırışları açır, dərini qidalandırır. Ehtiva etdiyi vitaminlər, minerallar və turşular sayəsində dəri ləkələrini yox edir, yaraları sağaldır. Noxud ununu süd və ya qatıqla qatıb üz, boyun və sinəyə çəkmək olar.
Qarğıdalı unu
Bu undan hazırlanan maska dərini dərindən nəmləndirir, dəridəki qızartıları azaldır, yaşlanma ələmətlərini aradan qaldırır.
1 armudu stəkan qarğıdalı ununun üzərinə qaynar su tökün və ocağın üzərinə qoyub 5-10 dəqiqə qarışdırın. Maska soyuduqdan sonra üzünüzə çəkin. 15 dəqiqə sonra ilıq su ilə təmizləyin.
Yaşıl noxud unu
Bu unu tapmaq çətin olsa, quru yaşıl noxud alıb evdə əzərək, daha sonra da mikserdən keçirərək un halına gətirə bilərsiniz. Yaşıl noxduddan daha çox dəridəki ləkələri yox etmək üçün istifadə olunur.
Yarım stəkan una bir çay qaşığı soda və eyni miqdarda su əlavə edin. Maskanızı üzünüzə çəkib 25 dəqiqə gözlədikdən sonra təmizləyin.
Kətan toxumu unu
Kətan toxumunu qəhvə dəyirmanında üyüdərək un əldə edin. 1 xörək qaşığı kətan toxumuna 1 çay qaşığı süd əlavə edib qarışdırın. Maskanı üzdə 15 dəqiqə saxlayıb soyuq su ilə təmizləyin. Bu maska dərini nəmləndirir və qidalandırır. Həmçinin yaşlanma əlamətlərini aradan qaldırır.
Ləman Sultan
-
ABŞ08:12ABŞ İran yaxınlığında hərbi fəallığını artırdı - Son bir həftədə nələr dəyişdi?
-
İdman07:55“Qızıl top”un qalibləri kimlər oldu? - Siyahı|Yeniləndi
-
Ekopublika.az05:45Bakının bu ərazilərində ucuz mənzillər satılır - Video
-
Qoroskop02:19Günün ulduz falı: İş yükü sizdə zehni gərginlik yaradacaq
-
Nida Xəbər 01:40Azərbaycanın “arzuolunmaz şəxs” elan etdiyi Türkiyə vətəndaşı İstanbulda saxlanıldı
-
Nida Xəbər 26 Oktyabr 21:51“Qardaşlığımıza dinamit qoymaq istəyənlərin qarşısında birlikdə dayanacağıq” - Ərdoğandan sərt mesaj
-
Nida Xəbər 26 Oktyabr 19:00Bu işçilərin vəzifə maaşları təsdiqləndi - Cədvəl
-
Hadisə26 Oktyabr 18:40Bakıda deputatın oğlunun iştirak etdiyi qətllə bağlı daha iki nəfər həbs edildi - Yeniləndi


















.jpg)







.jpg)









