Gözəllik
Sinənin ideal formada qalması üçün…
Qadınları ən çox narahat edən problemlərdən biri də döşlərin sallanması və onların ideal görkəmini itirməsidir. Unutmayın ki, döşlərin sallanması yalnız yaşla bağlı olan problem deyil. Bəzi yanlış seçimlər və pis vərdişlər də sinə dərisinin sallanmasına səbəb olur. Bu problemlə gənc yaşda da qarşılaşmaq mümkündür.
Publika.az-ın məsləhətlərinə əməl edərək daim ideal görünə bilərsiniz:
Büstqalterin ölçüsünü doğru seçməmək
Yanlış büstqalter geyinmək döşlərin formasının itməsinə gətirib çıxara bilər. Statistika göstərir ki, hər 10 qadından yalnız 1-i bədən quruluşuna və çəkisinə uyğun olan büstqalter seçir.
Araşdırmalar sübut edib ki, heç vaxt büstqalterdən istifadə
etməyən qadınların döşləri ondan istifadə edənlərə nisbətən daha az
sallanır.
Günəşdən müdafiə olunmamaq
Yay aylarında sinə dekolteli libaslar geyindikdə və ya gün vannası qəbul etdikdə mütləq günəşdən qoruyucu krem çəkilməlidir. Çünki günəşin zərərli şüaları sinə dərisinin tez qocalmasına səbəb olur. Bu da döşlərin sallanması ilə nəticələnir.
Siqaret çəkmək
Araşdırmalar göstərib ki, siqaret çəkmək döşlərin sallanmasına səbəb olur. Siqaret dərini təravətli və gənc göstərən “elastin” maddəsinə zərər vurur. Bu, dərini tez yaşlandıran nüanslardan biridir.
Ani şəkildə kökəlib-arıqlamaq
Qısa müddətdə 5 kilodan artıq arıqladan, sağlamlığa zərər verən pəhrizlər də döşlərin sallanmasına səbəb ola bilər. Döşlər əsasən yağ toxumalarından ibarət olduğu üçün arıqlayarkən onlar əriyir və döş sallanır.
Kifayət qədər su içməmək
Su içmək təkcə sağlamlıq üçün deyil, həm də gözəl qalmaq üçün vacibdir. Kifayət qədər su içmədikdə dəriniz təravətini itirəcək, döşlər sallanacaq, olduğunuzdan daha yaşlı görünəcəksiniz.
Ləman Sultan
-
İdman00:45Tanınmış tennisçi futbolçu oldu
-
Magazin100:15Böyük bədənli model dərin dekolteli libasda belə rəqs etdi - VİDEO
-
Qoroskop00:00Üç bürc üçün dönüş nöqtəsi - Gələn həftə nələr baş verəcək?
-
Sosial25 İyul 23:12Mask dünyanın ilk trilyonçusu statusunu itirdi
-
Hadisə25 İyul 20:33Milli Yaylaq Festivalında dörd nəfər xəsarət alıb - Yeniləndi (FOTOLAR)
-
MDB25 İyul 20:15Azərbaycanla Ermənistan arasındakı münaqişənin mənşəyi bizə tam aydın idi - Tokayev
-
İdman25 İyul 19:45Kamilo Duran "Milan"a qol vurdu - VİDEO
-
Avropa25 İyul 19:39İspaniyadan presedentsiz addım - 70 min insan təxliyə edildi






















.jpg)













