Gözəllik
Bu mövsüm dodaqlar çəhrayıya bürünəcək – FOTOLAR
Beynəlxalq dərəcəli kosmetika brendi “L'Oréal Paris”in dizayneri Eva Yen yaz mövsümündə çəhrayı dodaq boyalarının dəbə minəcəyini bildirib.
Niyə çəhrayı rəng indi trenddir?
Çəhrayı müsbət enerji ötürən çox yumşaq rəngdir. Mövsüm dəyişikliyində, xüsusilə, baharın gəlişi ilə insanlar özlərini xoşbəxtlik saçan rəng çalarları ilə əhatə etməyə çalışır. Çəhrayı isə bu işin öhdəsindən mükəmməl şəkildə gəlir. Bundan əlavə, çəhrayı çox yüngül, dəbdəbəli və füsunkar rəngdir. Bu il çəhrayı rəng həm interyerdə, həm dəb dünyasında, həm də kosmetika sahəsində liderlik edir.
Publika.az xəbər verir ki, yaz mövsümündə çəhrayı dodaq boyaları dəbə minəcək.
Dəri tonuna uyğun çəhrayı pomadanı necə seçməli?
İlk növbədə dəri çalarını müəyyən etmək lazımdır. Eva Yenin sözlərinə görə, təəssüf ki, bütün dəri tonları ilə uzlaşan universal çəhrayı pomada yoxdur: “Əgər dəri tonunuz "soyuq" növə aiddirsə, (gec qaralan çilli dəriyə, açıq saç və göz rənginə sahibsinizsə) siz moruq çalarlarını seçməlisiniz”.
Əksinə, dəriniz "isti" tipə aiddirsə, (tez qaralır, qarabuğdayı dəriyə və tünd göz rənginə sahibsinizsə) Eva Yen dərinizlə ahəng ziddiyyət təşkil edən cəlbedici çəhrayı dodaq boyasından istifadə etməyi məsləhət görür. Bu rəng tünd dərili xanımların dodaqlarını vurğulayıb parlaq obraz yaratmağa kömək edəcək.
Çəhrayı dodaq boyası ilə hansı göz kölgələri uyğun gəlir?
Eva Yen bildirir ki, bu, sizin necə obraz istədiyinizdən asılıdır: “Parlaq, yaddaqalan və cəsarətli obraz yaratmaq istəyirsinizsə, çəhrayı dodaq boyası ilə ziddiyyət təşkil edən göz kölgələri - yaşıl və firuzəyi rəngdən istifadə edə bilərsiniz. Yasəmən çalarlarında göz kölgələrindən də yararlana bilərsiniz. Gündəlik makiyajda çəhrayı pomadanı daha sakit və təbii çalarlar müşayiət etməlidir. Onda dodaqlar üzü vurğulayan əsas detal olacaq”.
Çəhrayı dodaq boyası ilə makiyajın yaxşı alınması üçün nə etməli?
Dizaynerin fikrincə, layner və qalın kirpiklər çəhrayı pomadanın ən yaxşı tamamlayıcısıdır. Obrazın daha təsirli alınması üçün dəbdəbəli çəhrayı manikür etməyi yaddan çıxarmayın.
Çəhrayı pomada seçərkən qadınlar hansı səhvlərə yol verir?
Qadınların çoxu dəri tonundan açıq çəhrayı dodaq boyası seçir. Bu isə ən böyük makiyaj xətalarından biridir. Bu, qadına yorğun və yuxulu görünüş verir.
Aytən
-
Magazin123:12Xalq artisti qızı ilə bağlı sosial şəbəkədə nə yazıb?
-
Magazin120:36"Yaxşı ki, övladım 2-ci evliliyimdən oldu"
-
İKT19:12İTV-yə yeni baş direktor axtarılır
-
Hadisə18:24Yol polisi xəsarət alan piyadanı xilas etdi
-
Nəqliyyat18:12Bakı sakinlərinin NƏZƏRİNƏ: Bu marşrut nağdsız ödəniş sisteminə keçir
-
Rəsmi xronika17:07İlham Əliyev sərəncam imzaladı
-
Sosial16:50İran səfiri İlham Əliyevə təşəkkür etdi
-
Sosial15:54Bakı vaxtı ilə saat 13:59-da "Qiyamət"dən mesaj gəldi: Çeçen qızı, aliment...















.jpg)








.jpg)














