Gözəllik
Əsrarəngiz Layma Vaykuladan 9 günə 6 kilo arıqladan pəhriz
61 yaşlı Layma Vaykula həmişə şən, incə, gənc və gözəl görünür. Sevilən ifaçı uzun illərdir ki, çəkisini sabit (47-49 kilo) saxlayır. Çünki o, qidalanma qaydalarına ciddi əməl edir.
Publika.az bu yazıda ifaçının arıqlamaq sirrindən bəhs edib. Bu pəhriz resepti ilə 9 gündə 6 kilo arıqlamaq mümkündür. Qeyd etmək lazımdır ki, pəhriz olduqca çətindir, ona əməl etmək üçün dözümlülük və güclü iradə tələb olunur.
Müğənninin əsas qaydası ondan ibarətdir ki, gün ərzində ancaq 2-3 dəfə yemək yeyir, az kalorili qidalara üstünlük verir. Qəlyanaltı kimi limonlu yaşıl çay, şəkər əvəzinə isə baldan istifadə edir.
Layma Vaykula pəhrizi
Vaykula kökəldiyini hiss edən kimi, bu ağır sxemə əməl edir: 3 gün yalnız düyü yeyir, növbəti 3 gündə qaynadılmış toyuq filesi, sonrakı 3 gün ərzində isə yalnız alma ilə qidalanır. Pəhriz dövründə istənilən növ toyuq, düyü və alma yemək mümkündür. Müğənni qidalara dad vermək üçün onlara soya sousu və quru otlar əlavə edir.
Bu pəhrizin əsas tələblərindən biri də hər gün ən azı 2 litr su içməkdir. Onu da qeyd edək ki, qəhvəyi düyünün tərkibində faydalı maddələr daha çox olduğundan ifaçı ona üstünlük verir.
Artıq çəkidən xilas olmaq istəyirsinizsə, bu pəhrizi sınaqdan keçirin. 9 gündən sonra həftədə bir dəfə oruc tutmağı unutmayın.
Əks göstəriş
Bu pəhriz böyrək xəstələrinə, hamilə qadınlara, qocalara və yenicə ana olan qadınlara qadağandır. Müğənni özü də xəstə olanda bu sxemə əməl etmir. Bundan başqa, Layma Vaykula pəhrizi orqanizmi zəif olan insanlar üçün uyğun deyil.
Aytən
-
İdman07:55“Qızıl top”un qalibləri kimlər oldu? - Siyahı|Yeniləndi
-
Ekopublika.az05:45Bakının bu ərazilərində ucuz mənzillər satılır - Video
-
Qoroskop02:19Günün ulduz falı: İş yükü sizdə zehni gərginlik yaradacaq
-
Nida Xəbər 01:40Azərbaycanın “arzuolunmaz şəxs” elan etdiyi Türkiyə vətəndaşı İstanbulda saxlanıldı
-
Nida Xəbər 26 Oktyabr 21:51“Qardaşlığımıza dinamit qoymaq istəyənlərin qarşısında birlikdə dayanacağıq” - Ərdoğandan sərt mesaj
-
Nida Xəbər 26 Oktyabr 19:00Bu işçilərin vəzifə maaşları təsdiqləndi - Cədvəl
-
Hadisə26 Oktyabr 18:40Bakıda deputatın oğlunun iştirak etdiyi qətllə bağlı daha iki nəfər həbs edildi - Yeniləndi
-
Elm və təhsil26 Oktyabr 18:20Məktəblərdə hər şagirdə düşən illik xərc müəyyən edildi - Məbləğlər açıqlandı














.jpg)












.jpg)








