Gözəllik
Heyva tumundan möcüzəvi maskalar
Heyva tumu vitamin, mineral və antioksidantlarla zəngindir. Bu səbəbdən dərini nəmləndirir, dəridəki qızartını azaldır, daha qüsursuz görünməyə kömək edir. Xüsusilə də, həssas dəri üçün çox faydalıdır.
Publika.az heyva tumundan hazırlanan ən gözəl maskaları təqdim edir:
Dəri ləkələrinə və qırışlara qarşı maska:
10 qram heyva tumunu əzərək toz halına gətirin. Bu tozu 1 armudu stəkan gülabla qarışdırın. Bunun üçün də taxta qaşıqdan istifadə etməyiniz məsləhətdir. Qarışıq gel halına gəldikdən sonra təmiz dəriyə çəkin. 10 dəqiqə gözlədikdən sonra ilıq su ilə təmizləyin.
Göz ətrafı qırışlar üçün maska:
1 fincan gülabla 2 xörək qaşığı heyva tumundan əldə edilən tozu və 1 çay qaşığı buğda toxumu yağını qarışdırın. Bu qarışığı göz ətrafına çəkib dairəvi hərəkətlərlə masaj edin. 20-30 dəqiqə sonra ilıq su ilə təmizləyin.
Saçları möhkəmləndirən maska:
1 xörək qaşığı heyva tumunu 2 stəkan suda qaynadın. Daha sonra suyu süzüb tumları əzin. Əldə etdiyiniz püreni saç uclarına çəkib 10-20 dəqiqə gözləyin. Daha sonra saçı ilıq su ilə yuyun. Bu maskanı həftədə bir dəfə çəkmək məsləhətdir.
Ləman Sultan
-
Ekopublika.az05:45Bakının bu ərazilərində ucuz mənzillər satılır - Video
-
Qoroskop02:19Günün ulduz falı: İş yükü sizdə zehni gərginlik yaradacaq
-
İdman02:00“Qızıl top”un qalibləri kimlər oldu? - Siyahı
-
Nida Xəbər 01:40Azərbaycanın “arzuolunmaz şəxs” elan etdiyi Türkiyə vətəndaşı İstanbulda saxlanıldı
-
Nida Xəbər 26 Oktyabr 21:51“Qardaşlığımıza dinamit qoymaq istəyənlərin qarşısında birlikdə dayanacağıq” - Ərdoğandan sərt mesaj
-
Nida Xəbər 26 Oktyabr 19:00Bu işçilərin vəzifə maaşları təsdiqləndi - Cədvəl
-
Hadisə26 Oktyabr 18:40Bakıda deputatın oğlunun iştirak etdiyi qətllə bağlı daha iki nəfər həbs edildi - Yeniləndi
-
Elm və təhsil26 Oktyabr 18:20Məktəblərdə hər şagirdə düşən illik xərc müəyyən edildi - Məbləğlər açıqlandı













.jpg)













.jpg)








