Gözəllik
Qadınları gəncləşdirən yeni məhsul
Aparılan elmi araşdırmalarda məlum olub ki, qızıl balıq südündən əldə edilən DNT dəridə azalan zülalları tamamlayan ən yaxşı vasitədir.
Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, həm insan DNT-sinə oxşarlığı baxımından, həm də dəri üzərindəki təsirinə görə, müasir kosmetologiyada qızıl balıqdan geniş istifadə ediləcəyi gözlənilir.
Dərinin qocalma prosesini xeyli ləngidir
Yaş artdıqca dəridə bəlli dəyişikliklər müşahidə edilir. Qızıl balıq DNT-si dəriyə itirdiyi hamarlığı bəxş edir və onu parlaq görünüşə qovuşdurur, bununla bərabər, dərinin daha gənc qalmasını təmin edir. Beləliklə, qızıl balıq DNT-sinin tərkibindəki Omeqa 3 yağ turşuları ilə hər zaman gənc və keyfiyyətli dəriyə sahib olmaq artıq əfsanə deyil. Türkiyəli estetik cərrah Jasmin Hizarcının sözlərinə görə, bu üsul dərinin bir növ qoruyucu funksiyasını yerinə yetirdiyi üçün onu dəri qırışmazdan əvvəl etdirmək lazımdır.
Dərini təravətləndirib, qırışları azaldır
Hər seansdan sonra dəri quruluşu və elastikliyi getdikcə güclənir. Ultrabənövşəyi şüaların mənfi təsirinin qarşısını alıb, dərinin azalan nəm nisbətini tənzimləyir. Qızıl balıq DNT sistemi dərininin qocalma prosesini xeyli ləngidir. Yəni qırış və ya sallanmaların qarşısını alır.
Hansı nahiyələr üçün daha təsirlidir?
Estetik cərrahı Jasmin Hizarcının sözlərinə görə, qızıl balıq DNT-si göz ətrafı, üz, boyun, əl, dodaq ətrafındakı qırışları aradan qaldırmaq effektinə malikdir. Qızıl balıq DNT-si hamiləlikdən sonra yaranan çat, sızanaq izləri, qol və dizdəki sallanmaları da müalicə edir. Dərini gənc saxlayan bu üsul gözaltı torbaları da tədricən azaldır.
Bütün dəri tiplərinə tətbiq olunur
İlk seansdan etibarən dəridəki dəyişiklik dərhal müşahidə olunur. Bu üsul 12 ay ərzində fəaliyyətini qoruyur. Seansın sayı dərinin ehtiyacına görə müəyyən olunur. Estetik cərrah qızıl balıq DNT-sini cinsindən asılı olmayaraq, bütün dəri tiplərinə tətbiq olunduğunu açıqlayıb:
“Hətta alabalığa allergiyası olanlar da, rahatlıqla bu üsuldan istifadə edə bilər”.
Aytən
-
Ekopublika.az05:45Bakının bu ərazilərində ucuz mənzillər satılır - Video
-
Qoroskop02:19Günün ulduz falı: İş yükü sizdə zehni gərginlik yaradacaq
-
İdman02:00“Qızıl top”un qalibləri kimlər oldu? - Siyahı
-
Nida Xəbər 01:40Azərbaycanın “arzuolunmaz şəxs” elan etdiyi Türkiyə vətəndaşı İstanbulda saxlanıldı
-
Nida Xəbər 26 Oktyabr 21:51“Qardaşlığımıza dinamit qoymaq istəyənlərin qarşısında birlikdə dayanacağıq” - Ərdoğandan sərt mesaj
-
Nida Xəbər 26 Oktyabr 19:00Bu işçilərin vəzifə maaşları təsdiqləndi - Cədvəl
-
Hadisə26 Oktyabr 18:40Bakıda deputatın oğlunun iştirak etdiyi qətllə bağlı daha iki nəfər həbs edildi - Yeniləndi
-
Elm və təhsil26 Oktyabr 18:20Məktəblərdə hər şagirdə düşən illik xərc müəyyən edildi - Məbləğlər açıqlandı













.jpg)













.jpg)








