Gözəllik
Burundakı qara nöqtələrə qarşı təbii maskalar
Burunda meydana gələn qara nöqtələr həm kişiləri, həm də qadınları narahat edən problemlərdən biridir.
Publika.az-ın təqdim etdiyi maskalar sayəsində qara nöqtələrlə vidalaşa bilərsiniz.
1.Soda maskası
1 xörək qaşığı soda ilə eyni miqdarda mineral suyu qarışdırın. Maskanı burun nahiyəsinə çəkib masajla dəriyə yedizdirin. 5-10 dəqiqə gözlədikdən sonra ilıq su ilə təmizləyin.
Soda maskası dərini dərindən təmizləyir, hamarlaşdırır və dərini qara nöqtələrdən ən az 3 gün müdafiə edir. Maskadan həftədə 1-2 dəfə istifadə etmək lazımdır.
Qeyd edək ki, allergiya ehtimalına qarşı maskanı öncə biləyinizə çəkib 5-10 dəqiqə gözləməli daha sonra istifadə etməlisiniz.
2. Gil maskası
Qara nöqtələr əsasən yağlı dəridə müşahidə edilir. Gil isə dəridəki artıq yağı təmizləyən ən yaxşı vasitədir. Ona görə də, qara nöqtələrə qarşı mübarizədə gildən faydalana bilərsiniz.
1 çay qaşığı yaşıl gili bir az su ilə qarışdırıb məcun əldə edin. Maskanı burun nahiyəsinə çəkib 15 dəqiqə saxlayın. Daha sonra soyuq su ilə yuyub təmizləyin. Maska həftədə bir dəfə çəkilməli, maskadan sonra mütləq nəmləndirici kremdən istifadə edilməlidir.
3. Yumurta ağı maskası
Salfeti yumurtanın ağına bulayıb burun nahiyəsinə yapışdırın. Salfet quruyana kimi gözləyin. Daha sonra salfeti dartıb qopardın. Həssas dəriyə sahib olanlar əvvəlcə salfeti isladıb sonra təmizləməlidirlər.
Yumurta ağı qara nöqtələri təmizləməklə yanaşı, onların yenidən yaranmasını da gecikdirir. Bu maskadan öncə də mütləq allergiya testi edin.
Ləman Sultan
-
Ekopublika.az05:45Bakının bu ərazilərində ucuz mənzillər satılır - Video
-
Qoroskop02:19Günün ulduz falı: İş yükü sizdə zehni gərginlik yaradacaq
-
İdman02:00“Qızıl top”un qalibləri kimlər oldu? - Siyahı
-
Nida Xəbər 01:40Azərbaycanın “arzuolunmaz şəxs” elan etdiyi Türkiyə vətəndaşı İstanbulda saxlanıldı
-
Nida Xəbər 26 Oktyabr 21:51“Qardaşlığımıza dinamit qoymaq istəyənlərin qarşısında birlikdə dayanacağıq” - Ərdoğandan sərt mesaj
-
Nida Xəbər 26 Oktyabr 19:00Bu işçilərin vəzifə maaşları təsdiqləndi - Cədvəl
-
Hadisə26 Oktyabr 18:40Bakıda deputatın oğlunun iştirak etdiyi qətllə bağlı daha iki nəfər həbs edildi - Yeniləndi
-
Elm və təhsil26 Oktyabr 18:20Məktəblərdə hər şagirdə düşən illik xərc müəyyən edildi - Məbləğlər açıqlandı












.jpg)














.jpg)







