Gözəllik
Gözəlləşmək heç vaxt belə asan olmamışdı: qəhvə möcüzəsi
Dərini təravətli saxlamağın əsas yolu hüceyrələri qorumaq və onları yeniləyən məhsullardan istifadə eləməkdir.
Mütəxəssislər bildirir ki, bu baxımdan qəhvə ən bahalı kremlərdən daha təsirlidir. Çünki dəridə qan dövranını sürətləndirərək hüceyrələrin daha sürətlə yenilənməsini təmin edir. Qəhvənin tərkibindəki antioksidantlar yaşlanma əlamətlərini yox edir, qırışları açır.
Gözaltı halqalardan xilas olmaq, dərini ölü hüceyrələrdən təmizləmək üçün də qəhvədən istifadə eləmək olar.
Publika.az-ın təqdim elədiyi qəhvə maskalarının köməyilə siz də asanlıqla gözəlləşəcəksiniz.
Dərini hamarlaşdıran maska:
Tərkibi:
2 çay qaşığı türk qəhvəsi çöküntüsü
1 çay qaşığı limon şirəsi
1 çay qaşığı kakao tozu
1 çay qaşığı bal
1 çay qaşığı süd
Hazırlanması və tətbiqi:
Qəhvə və kakaonu südlə qarışdırıb limon şirəsi əlavə edin. Sonra bal əlavə edib krem halına gələnə kimi qarışdırın. Daha sonra fırçayla maskanı təmiz dəriyə çəkin. On dəqiqə gözləyib ilıq su ilə təmizləyin.
Quru dəri tipi üçün maska:
Tərkibi:
1 çay qaşığı türk qəhvəsi çöküntüsü
1 çay qaşığı təbii zeytun yağı
Hazırlanması və tətbiqi:
Məhsulları qarışdırıb maskanı üzünüzə və boynunuza çəkin. 10 dəqiqə gözləyib soyuq su ilə yuyunun. Bu maskanı həftədə bir dəfə çəkməlisiniz.
Ləman Sultan
-
Ekopublika.az05:45Bakının bu ərazilərində ucuz mənzillər satılır - Video
-
Qoroskop02:19Günün ulduz falı: İş yükü sizdə zehni gərginlik yaradacaq
-
İdman02:00“Qızıl top”un qalibləri kimlər oldu? - Siyahı
-
Nida Xəbər 01:40Azərbaycanın “arzuolunmaz şəxs” elan etdiyi Türkiyə vətəndaşı İstanbulda saxlanıldı
-
Nida Xəbər 26 Oktyabr 21:51“Qardaşlığımıza dinamit qoymaq istəyənlərin qarşısında birlikdə dayanacağıq” - Ərdoğandan sərt mesaj
-
Nida Xəbər 26 Oktyabr 19:00Bu işçilərin vəzifə maaşları təsdiqləndi - Cədvəl
-
Hadisə26 Oktyabr 18:40Bakıda deputatın oğlunun iştirak etdiyi qətllə bağlı daha iki nəfər həbs edildi - Yeniləndi
-
Elm və təhsil26 Oktyabr 18:20Məktəblərdə hər şagirdə düşən illik xərc müəyyən edildi - Məbləğlər açıqlandı












.jpg)














.jpg)







